Hesablama vərəqəsiHər dəfə əmək haqqı verilərkən müəssisə işçilərə haqq-hesab vərəqələrini təqdim etməlidir (AR ƏM, maddə 173.3). İşçilərin haqq-hesab vərəqələrində aşağıdakı məlumatlar göstərilir:
Əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Müəssisədə əmək haqqı işçiinin bank kartına köçürülsədə, işçilərə hesablama vərəqəsi verilməlidir.(AR ƏM, maddə) Hesablama vərəqəsinin vahid forması yoxdur. Müəssisələr onu müstəgil formada hazırlaya bilərlər. Lakin, hazırlanan hesablama vərəqələrində yuxarıda qeyd edilən məlumatlar olmalıdır. Hesablama vərəqəsini yükləmək. Onu da qeyd edək ki, işçilərə hesablama vərəqəsinin onların tələbi ilə verilməməsi əmək qanunvericiliyinin pozuntusu hesab eidlir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-09-28 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!