Əsas vəsaitlərin silinməsi nəticəsində ehtiyatların mədaxiliAdətən əsas vəsaitlər ləğv edilərkən onların sökülməsi nəticəsində, gələcəkdə istifadə edilə biləcək müxtəlif növ material ehtiyatları və qiymətlilər yaranır. Əsas vəsaitlərin ləğv edilməsi nəticəsində yaranan material ehtiyatları müəssisə anbarına mədaxili "Malların təhvil-qəbul aktı" (Forma N MTQA-1) ilə sənədləşdirilir. Akt müəssisə rəhbərinin əmri ilə təyin edilən komissiya tərəfindən tərtib edilir. Komissiyanın tərkibinə ən azı 3 nəfər daxil olmalıdır. Yazı sonuncu dəfə 2019-01-04 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!