İsti və Rahat :)



Atalar sözü

Get özünə dost qazan, düşmən ocaq başındadır.

2019-07-01 | Hikməti-nur

Nizami Gəncəvi

Çox iti beyinlər yatan oldular,
Axırda saxsı qab satan oldular...

Sən ancaq cəhd elə, həyat əməkdir,
Cənnət kahıllığı nəyə gərəkdir?

2019-04-26 | Hikməti-nur

Nizami Gəncəvi ("Yeddi gözəl" əsərindən)

Dünyada nə qədər kitab var belə
Çalışıb əlləşib gətirdim ələ.
Ərəbcə, dəricə, yeri düşərkən
Buxari, Təbəri əsərlərindən,
Oxudum, xəbərdar oldum da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.

2019-02-08 | Hikməti-nur

Qurani Kərim. Mutaffifin, 1

Çəkidə və ölçüdə aldadanların vay halına!

2019-02-01 | Hikməti-nur

Qurani Kərim. Ali İmran, 146

Allah səbr edənləri sevir.

2019-01-31 | Hikməti-nur

Qurani Kərim. Hud, 84-85

Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

2019-01-31 | Hikməti-nur

Nizami Gəncəvi

Aşıb-daşsa biliyin, dinməməyə alış sən,
Danışmağa çalışma, dinləməyə çalış sən.

2019-01-31 | Hikməti-nur

Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.

2019-01-31 | Yumor

Yer kürəsinin iqlimi

Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

2019-01-31 | Bilirsinizmi?

Nizami Gəncəvi

Toxum göyərsə də torpaqdan, sudan,
Bu sirri axtarıb tapmamış insan.
Toxumu bəsləyən torpaqdır ancaq.
Ona şəkil də mi verir bu torpaq?
Nizamsız olsaydı yeraltı bir an,
Salxım olardımı, deyin, toxumdan?
Tutaq, salxım olur bir dənin sonu,
Şəkil qalıbına kim salır onu?
Fikri dolaşdıran bu pərdə də bir,
Halları dəyişən səbəb gizlənir.
Dünyada gördüyün hər incə sənət
Allah əsəridir, Ondadır qüdrət.

2019-01-31 | Hikməti-nur

Nizami Gəncəvi

Ölçü-biçi bilsən hər bir işdə sən,
Böyük hesabları düz həll edərsən-
Mətahı böləndə sən elə böl ki,
Aparanın ağır olmasın yükü.

2019-01-31 | Hikməti-nur

Molla və quldurlar.

Günlərin birində quldurlar Mollanı yolda tutub soyurlar. Eşşəyini, cibindəki pullarını alandan sonra başlayırlar özünü də döyməyə. Molla axırda dilə gəlib deyir:
- Yaxşı, var-yoxumu əlimdən aldınız, öz yerində, bəs özümü niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?

2019-01-31 | Yumor

Nizami Gəncəvi

O böyük, ağıllı, ayıq hökmdar,
Öz şahlıq taxtında tutarkən qərar,
Əmr etdi, verildi belə bir fərman:
"Alimdir gözümdə ən əziz insan.
Elmlə, hünərlə! Başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz."

2019-01-31 | Hikməti-nur

Dava yorğan davasıymış.

Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər. Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
- A kişi, dava nə üstündə idi?
Molla deyir:
- Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.

2019-01-31 | Yumor

Dünyada ilk aptek

Dünyada ilk aptek 8-ci əsrdə Buxara və Bağdadda, 11-ci əsrdə isə Avropada Toledo şəhərində ( İspaniya ) yaradılmışdır.

2019-01-31 | Bilirsinizmi?

Nizami Gəncəvi

Bir inci saflığı varsada suda,
Artıq içiləndə dərd verir o da.

2019-01-31 | Hikməti-nur

Kəndxuda

Lotular yenə də bir gün Mollaya sataşmaq məqsədilə onun eşşəyini oğurlayırlar, sonra da özünü inandırmağa çalışırlar ki, eşşəyi filan kənddə kəndxuda olub.
Molla deyir:
- İnanıram, qardaş! Çünki mən həmişə kəndxuda adı çəkəndə çərən dəymiş qulaqlarını şəkləyərdi. Görünür ki, elə o vaxtdan kəndxudalıqda gözü var imiş.

2019-01-31 | Yumor

Atalar sözü

Acını dadmayan şirini bilməz.

2019-01-26 | Hikməti-nur

Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.

2019-01-26 | Yumor

Atalar sözü

Ac adamı qurd yeməz.

2019-01-26 | Hikməti-nur

Nizami Gəncəvi

Bilik kəsb etməklə dünyanı qazan.
Əsmanı oxu ki, məna alasan.
Qaç o sözlərdən ki, mənası boşdur,
İlahi elmlər öyrənmək xoşdur.

2019-01-26 | Hikməti-nur

Nizami Gəncəvi

Arxadır insana onun kamalı,
Elmdir insanın dövləti, malı

2019-01-26 | Hikməti-nur

Bal

Bal xarab olmayan yeganə qidadir.

2019-01-26 | Bilirsinizmi?

Dünya əhalisi

Planetimizdə hər dəqiqə 250 insan doğulur və 103 insan ölür. 12 oktyabr 1999-cu ildə yer kürəsinin əhalisi 6 milyarda çatmışdır. Bəşər tarixi boyu 100 milyard insan doğulmuşdur.

2019-01-26 | Bilirsinizmi?

Qaçaqmalçı Molla

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.

2019-01-26 | Yumor

Mollanın vəsiyyəti

Molla bir gün bərk azarlayır. Qohum-qardaşını yanına yığıb vəsiyyət eləyir ki:
- Mənə adam boyu dərinlikdə bir qəbir qazarsınız...Özümü də başıaşağı basdırarsız.
Soruşurlar:
-Niyə?
Molla deyir:
-Mən kitablarda oxumuşam ki, qiyamət qopanda dünya baş-ayaq olacaq. Kimdir o zaman zəhmət çəkib özünü düzəldən? İndidən başıaşağı basdırın ki, dünya baş-ayaq olanda mən ayaq üstə olum.

2019-01-26 | Yumor

Abbasını özün al

Birisi keçəlin boynuna bir sillə vurmuşdu. Keçəl qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra keçələ dedi:
- Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.
Bu söz keçəlin xoşuna gəlmədi. Dikəldi və qazının boynuna bir sillə vurub dedi:
- Mən tələsirəm, abbasını ondan özün al!

2019-01-26 | Yumor

Səhifələr: 1  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!