Mühasiblər üçün Trenajor Pro Plus 2021


Artıq yeni formatda hazırladığımız "Mühasiblər üçün Trenajor" proqramının Pro Plus 2022 versiyası istifadə üçün hazırdır.

"Mühasiblər üçün Trenajor" - u sadəcə bir kitab qiymətinə 50.00 AZN-ə əldə edə bilərsiniz. Bütün növbəti lisenziyaları 50% (25 AZN) güzəştlə əldə edə bilərsiniz.

Mühasibat uçotunu öyrənənlər üçün MS Excel proqramında hazırlanmış TRENAJOR tez bir zamanda mühasibat uçotunun əsaslarını öyrənməyə və uçot sisteminin nə cür qurulduğunu anlamağa imkan yaradır.

Bu proqram ilə mühasibat uçotunu öyrənənlər müxabirləşmələri daxil edib, onların müəssisənin sınaq balansına, dövriyyə cədvəlinə, hesab kartlarına nə cür təsir etdiyini görə biləcəklər.

Proqramda sınaq balansı, baş kitab, dövriyyə cədvəli, şahmat cədvəli, hesablar üzrə kartlar, hesablar planı verilibdir.

Eyni zamanda Proqramda "Hazır müxabirləşmələr" bölümü vardır. Burada siz tez-tez istifadə etdiyiniz müxabirləşmələri yaddaşda saxlayıb hər zaman onlardan istifadə edə bilrəsiniz.

Mühasibat uçotunu misallar ilə öyrənək!




  • Daxil edilən bütün əməliyyatlar "Sınaq balansı"-nda öz əksini tapır.
  • Tez-tez istifadə edilən və ya unutduğunuz müxabirləşmələri "Hazır nümünəvi müxabrləşmələr"də saxlaya bilərsiniz.
  • Misal və ya işə başlamazdan öncə ilkin qalılqarın daxil edilməsi.
  • Daxil edilən bütün əməliyyatlar "Baş kitab"-da öz əksini tapıb. İstədiyiniz əməliyyatı silib və ya düzəliş edə bilərsiniz.
  • "Hesablar planında" istədiyiniz hesabı yarada, ləğv edə və ya ona düzəliş edə bilərsiniz.
  • "Dövriyyə cədvəli" daxil edilən müxabirləşmələr əsasında avtomatik hazırlanır.
  • "Şahmat cədvəli" hesablar üzrə müxabirləşmələri əks etdirir və avtomatik hazırlanır.
  • "Hesab kartı" ilə seçdiyiniz hesab ilə bağlı bütün əməliyyatları görə bilərsiniz.
  • "Mühasiblər üçün Trenajor"-dan istifadə üçün video.

    "Mühasiblər üçün Trenajor"-un quraşdırılması üçün video.


    www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
    Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!