Ştat cədvəli

İşçilərin saatlıq (gündəlik) tarif dərəcələrinin dəyəri və vəzifə maaşları müəssisənin Ştat cədvəlində göstərilir. Müəssisədə ştat cədvəli adətən ilin əvvəlində insan qaynaqları şöbəsinin işçisi və ya mühasib tərəfindən bir nüsxədə hazırlanır. Ştat cədvəli müəssisə rəhbəri tərəfindən təsdiqlənir.

Müəssisə rəhbərinin əmri forması aşağıdakı kimi ola bilər:

Müəssisə MMC

ƏMR

Bakı ş. Tarix: 31.01.2019

Ştat cədvəli 01.02.2019 tarixinə təsdiq edilsin (cədvəl əmrə əlavə edilibdir).

"Müəssisə" MMC-nin Direktoru Əliyev D.F. ______________

Ştat cədvəlinin hazırlanması müəssisələr üçün məcburi deyil və daxili idarəetmə sənədi hesab edilir. Lakin, müəssisədə işləri aparmaq üçün işçilərin sayının və əmək haqqı məsrəflərinin müəyyən edilməsində ştat cədvəlinin hazırlanması vacibdir.

Ştat cədvəli müəssisənin struktur bölmələrinin rəhbərləri və Baş mühasib tərəfindən imzalanır.

Ştat cədvəlinin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:

Ştat cədvəlini yükləmək.

Əmək haqqının hesablanması və ödənilməsi "Hesablama-ödəmə cədvəlində", və ya 2 cədvəldə əks olunur ("Hesablama cədvəlində" əmək haqqının ödənilməsi, "Ödənilmə cədvəlində" isə əmək haqqının ödənilməsi)

Yazı sonuncu dəfə 2018-11-28 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!