Mədaxil və məxaric kassa sənədlərinin qeydiyyat cədvəli

Kommersiya təşkilatları tərəfindən mədaxil və məxaric kassa sənədlərinin qeydiyyat cədvəlinin xüsusi forması qanunvericilik aktlarında müəyyən edilməmişdir. Eyni zamanda bu cədvəlin aparılması da məcburi deyil. Hər bir müəssisə bu cədvəli könüllü sürətdə apara bilər.

Cədvəldə müəssisə tərəfindən yazılan bütün mədaxil və məxaric kassa orderlərinin rekvizitləri (nömrəsi və tarixi) qeyd edilir.

Cədvəl hər il bitdikdə arxivə göndərilir, və arxivdə 5 il müddətinə saxlanılır.

Cədvəlin nümunəvi forması ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

Mədaxil və məxaric kassa sənədlərinin qeydiyyat cədvəli

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!