Torpaq, tikili və avadanlıqların təhvil-təslim aktı

Torpaq, tikili və avadanlıqların təhvil-təslim aktının forması qanunvericilikdə müəyyən edilməyib, bu səbəbdən ümumi qaydada hazırlanmalıdır. Ümumi qaydada dedikdə, bu sənəddə bütün zəruri olan məlumatlar və rekvizitlər qeyd edilməlidir.

Akt torpaq, tikili və avadanlıqlar obyekti malgöndərəndən alındıqda, əvəzsiz gəbul edildiqdə, uzunmüddətli maliyyə icarəsi ilə gəbul edildiqdə, müəssisə tərəfindən yaradıldıqda və ya başqa müəssisəyə satıldıqda və təhvil verildiqdə hazırlanır.

Aktı müəssisə rəhbəri tərəfindən təyin edilən komissiya hazırlayır. Akt hər bir tortaq, tikili və avadanlıq obyekti üzrə ayrıca tərtib edilir. Akta torpaq, tikili və avadanlığa məxsus müvafiq texniki sənədlər əlavə edilir.

Aktın nüsxələrinin sayı əqdə olan tərəflərin sayından asılıdır.

Avadanlıq müəssisə tərəfində yaradılıbsa, akt bir nüsxədə hazırlanır və təhvil verən barədə məlumatları doldurmaq lazım deyil.

Aktın nüsxələrinin tarixi eyni olmalıdır, amma nömrələri fərqli ola bilər. Çünki hər bir müəssisənin müqavilələrin öz daxili sıralama sistemi ola bilər.

Akt torpaq, tikili və avadanlığı təhvil-təslimdə iştirak edən bütün komissiya üzvləri, işçilər, baş mühasib tərəfindən imzalanmalı və müəssisə rəhbəri tərəfindən təsdiq edilməlidir.

Torpaq, tikili və avadanlıqların Təhvil-təslim Aktını yükləmək

Hazır olandan sonra akt mühasibatlığa verilir. Aktın əsasında mühasibatlıqda aşağıdakı müxabirləşmələr edilir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Torpaq, tikili və avadanlığın gəbul edilməsi 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 50 000
2 Torpaq, tikili və avadanlığın istismara verilməsi 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması" 50 000


Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-10-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!