Sənədlər: Torpaq icarəsi müqaviləsiTorpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsinə görə icarəyə verən əvəzi ödənilməklə icarəçiyə müəyyən müddətə torpaq sahəsindən istifadə hüququnu verməyi öz öhdəsinə götürür, icarəçi isə torpaq sahəsini müqavilə şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə uyğun istifadə etməlidir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır.
Torpaq icarəsi haqqında AR Qanununun 11-ci maddəsinə əsasən
İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır:
Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. Müqavilədə icarə predmeti dəqiq müəyyən edilməlidir. Belə ki, müqavilədə torpaq sahəsini müəyyən etmək üçün lazımi məlumatlar olmadıqda (yerləşməsi, sahəsi, sərhədləri, torpaq sahəsinin təsviri və s.) müqavilə etibarsız hesab edilə bilər. Müqavilənin forması və dövlət qeydiyyatı İcarə münasibətlərinə girməkdən öncə icarə obyektinin təsvirini tərəflər birlikdə tərtib etməlidirlər və onun həmin andakı vəziyyəti qeyd edilməlidir. Sonra tarix göstərilərək imza atılmalıdır. Müqavilə yazılı şəkildə tərtib edilir və notarial qaydada təsdiq edilir. Əgər icarə müqaviləsi torpaq sahəsi üzərində icarə müddətini 11 aydan çox göstərərsə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməlidir. Və icarəçi istifadə hüquqununu təsdiq edən çıxarış əldə edir. Müqavilənin predmeti Torpaq icarəsi müqaviləsinin predmeti icarəyə verənin mülkiyyətində olan torpaq sahəsini əvəzi ödənilməklə icarəçiyə müəyyən müddətə istifadəyə verməsidir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində aşağıdakı mülkiyyət növləri mövcuddur:
Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və AR Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Torpaq sahələri qanunvericiliklə həm kirayə müqaviləsinin, həm də icarə müqaviləsinin predmeti ola bilər. Misal üçün, torpaq yalnız şəxsi istehlak məqsədləri üçün istrifadə edildikdə - kirayə, təsərrüfat məqsədləri üçün istifadə edildikdə isə icarə müqaviləsi hazırlanacaqdır. İcarə münasibətlərinin subyektləri Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Bələdiyyələr icarə münasibətlərində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları icarə münasibətlərində icarəyəverənlər və icarəçilər kimi iştirak edirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər icarə münasibətlərində yalnız icarəçilər və subicarəçilər kimi iştirak edə bilərlər. Müqavilənin müddəti Bildiyimiz kimi icarənin müddətləri müqavilə şərtləri ilə müəyyənləşdirilir. Lakin, torpaq sahələrinin icarəyə götürülməsinin müddət məhdudiyyətları vardır. Belə ki,
AR Torpaq Məcəlləsinin 50.3 Maddəsinə əsasən:
Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - 15 ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - 15 ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - 15 ildən 49 ilədək müəyyən oluna bilər. Bundan başqa, AR Meşə Məcəlləsinin 22-ci maddəsinə görə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən 1 ildən 49 ilədək verilə bilər. Meşə fondu torpaqlarının subicarəsi qadağandır. Qeyd etmək lazımdır ki, icarə müqaviləsinin müddəti müqavilənin vacib şərtlərindən hesab edilmir. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Əgər hər hansı torpaq sahəsinin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı 6 aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Bundan başqa, müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Torpaq icarəsi haqqı Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Yüklülüklər və vergilər AR Mülki Məcəlləsi, Maddələsinin 709-cu maddəsinə əsasən: İcarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir. Eyni zamanda, Torpaq icarəsi haqqında AR Qanunu-na əsasən: İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Tərəflərin hüququ və vəzifələri İcarəyə verənin hüquqları İcarəyəverənin hüquqları aşağıdakılardır:
İcarəyə verənin vəzifələri İcarəyəverənin vəzifələri aşağıdakılardır:
İcarəçinin hüquqları İcarəçinin hüquqları aşağıdakılardır:
İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır:
İcarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. Tərəflərin məsuliyyəti Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Xüsusi hallar 99 illik icarəyə verilmiş kənd təsərrüfatı torpaqlarında yaşayış evi tikmək olmaz. Burada yalnız təsərrüfat üçün tikililər tikib, qurğular quraşdırmaq mümkündür. Verilən kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin tikilməsi və buna icazənin verilməsi isə artıq qanundan kənar olan hərəkətlərdir. Ev tikmək məqsədilə alınan torpaq təyinatı üzrə fərdi yaşayış evinin tikintisi üçün olmalıdr. İcarə müqavilə şərtlərində göstərilir ki, torpaq təyinatı üzrə istifadə edilmədikdə, ümumiyyətlə istifadə olunmadıqda, torpaq qaydalara uyğun olmayan formada istismar olunduqda geri alına bilər. Həm qanunvericilikdə, həm də müqavilələrin özündə bu kimi qaydalar göstərilir. Bundan əlavə torpağın təyinatını da dəyişmək mümkündür. Lakin bunun üçün həmin ərazidə dövlət əhəmiyyətli layihələr və digər bu kimi hallar baş verməlidir. Dövlət və ictimai ehtiyaclar üçün torpaqların məqsədli təyinatı və kateqoriyasının dəyişdirilməsi zərurəti yarandıqda torpağın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının məsələyə rəyi verildikdən sonra, sifarişçi tərəfindən sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin düzgün hazırlanması və rəylərin verilməsi bir daha araşdırılır. Əgər sənədlər qanuna müvafiq qayda və tələblər əsasında hazırlanıbsa, torpağın bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı sərəncam verilməsi üçün Nazirlər Kabinetinə təqdim olunur. Hökumətin qərarı veriləndən sonra torpaq sahəsindən qərarda qeyd olunan təyinat üzrə istifadəyə icazə verilir. Bağ təyinatlı torpaqların özəlləşdirilməsinə icazə verilir. Bağ sahəsi həm də fərdi yaşayış evi tikmə təyinatlı torpaqlarla eyni götürülür. Bağçılığı inkişaf etdirmək üçün həmin torpaqda mütləq yaşamaq lazımdır. Yaşayış üçün tikiliyə ehtiyac var və bu, elə fərdi yaşayış evi olmalıdır. "Torpaq sahəsinin icarəsi müqaviləsi"-nin nümunəvi formasını yükləmək.
Normativ-hüquqi aktlar:
AR Mülki Məcəlləsi, Maddələr: 706-722 AR Torpaq Məcəlləsi, Maddələr: 56-69, 73-77, 80-84 Torpaq icarəsi haqqında AR Qanunu Yazı sonuncu dəfə 2019-10-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!