Tam maddi məsuliyyət müqaviləsiİşçilər ilə tam maddi məsuliyyət müqaviləsi bağlanılarkən AR Əmək Məcəlləsinin bütün müddəaları nəzərə alınmalıdır. Müqaviləyə əsasən xəzinadar kassada olan pul və qiymətlilərin saxlanılmasına və kassa sənədlərinin düzgün aparılmasına görə tam maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət müqaviləsi istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də işçinin xəzinadarlıq əməliyyatlarını aparmaq öhdəliyi yaranıbsa, 18 yaşına çatmış işçilərlə yazılı formada bağlanıla bilər. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Müqavilə 2 nüsxədə hazırlanır:
Müqavilə müddəti bitəndən sonra müəssisənin arxivində 5 il müddətinə saxlanılmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilənin nümunəsinə aşağıdakı linkdən baxa bilərsiniz.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!