Akkreditivin açılması

Akkreditiv malları (xidmətləri, işləri) alan müəssisə aça bilər. Akkreditiv yalnız müəssisənin hesablaşma və ya valyuta hesabı olan bankda açıla bilər.

Mühasibat uçotunda edilməli olan müxabirləşmələr akkreditivin növündən asılıdır.

Akkreditiv üzrə əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə uçotda əks olunur:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Pul vəsaitləri hesablaşma hesabından akkreditivə köçürülübdür 224-1 "Akkreditivlər" 223 "Bank hesablaşma hesabları" -
2 Pul vəsaitləri tədarükçünün (malgöndərən, satıcı) hesabına köçürülür 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 224-1 "Akkreditivlər" -

Akkreditiv alıcının (pul ödəyənin) ərizəsi əsasında bank-emitent tərəfindən açılır. Hər bir bankda bu ərizə müstəqil formada tərtib edilir.

Akkreditiv

Akkreditivin forma və rekvizitlərini hər bir bank tərəfindən müstəqil təyin edilir. Lakin, hər bir akkreditivdə aşağıdak zəruri rekvizitlər müəyyən edilməlidir:

  • nömrəsi və tarixi;
  • məbləği;
  • ödəyicinin rekvizitləri;
  • bank-emitentin rekvizitləri;
  • pul alanın rekvizitləri;
  • akkreditivi ica edən bankın rekvizitləri;
  • akkreditivin növü;
  • akkreditivin müddəti;
  • akkreditivin icra üsulu;
  • pulu alanın təqdim etdiyi sənədlərin siyahısı və bu sənədlərə olan tələblər;
  • ödənişin təyinatı;
  • sənədlərin təqdim etmə tarixi;
  • təstiq etməyə ehtiyacın olması;
  • bankların komissiya haqqının alınması qaydası

Akkreditivdə başqa məlumat da qeyd edilə bilər.

Adətən akkreditiv 4 nüsxədə tərtib edilir:

  • birinci nüsxəni bank, müvafiq qeydlər apardıqdan sonra, sizə verir;
  • ikinci nüsxə sizin bankda qalır;
  • üçüncü və dördüncü nüsxələr sizin bank təchizatçının (malgöndərənin, satıcının) bankına göndərilir.

Akkreditivin doldurulmasına aşağıdakı misalda baxaq

Misal.

Təchizatçı MMC Müəssisə MMC-yə 01.04.2019 tarixli təchizat müqaviləsinə əsasən 120 AZN/ton qiymətinə 1 000 ton sement satır.

Müqavilənin məbləği 120 000 manat təşkil edir.

Müqaviləyə əsasən Müəssisə MMC bu məbləğə geri çağırılmayan akkreditiv (Irrevocable LC) açmalıdır. Bu akkreditiv növü vəsait alanın (Satıcının) razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməz. Bu akkreditiv Bankın (emitentin) digər tərəf qarşısında qəti öhdəliyini əks etdirir.

Müqaviləyə əsasən akkreditiv 05.04.2018 tarixinə kimi açılır.

Müqavilənin şərtlərinə əsasən pullar Təchizatçı MMC-nin hesabına, o banka sementin çatdırılmasını təstid edən sənədləri təqdim etdiyi təqdirdə köçürüləcəkdir.



Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!