Məzuniyyətə çıxma əmri

Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda)

  • işçinin SAA,
  • vəzifəsi (peşəsi),
  • verilən məzuniyyətin növü,
  • müddəti,
  • müvafiq iş ili,
  • məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

Məzuniyyətə çıxma əmri bir nüsxədə tərtib edilir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Bu səbəbdən də ərizə də işçi tərəfindən 5 gün əvvəl təqdim edilməlidir.

Məzuniyyətə çıxma əmri müəssisə rəhbəri tərəfindən imzalanır. İşçi əmr ilə tanış olmalı, və onun üzərində tanış olması ilə bağlı imza qoymalıdır.

Məzuniyyətə çıxma əmrinin formasını aşağıda görə bilərsiniz:

Məzuniyyətə çıxma əmri buradan yükləyə bilərsiniz.

Normativ-hüquqi aktlar:

AR Əmək Məcəlləsi, Maddələr: 138

Yazı sonuncu dəfə 2020-09-07 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!