NKA-nın qeydiyyatdan çıxarılması

Vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılmasının dayandırıldığı və ya hər hansı digər səbəbdən NKA-nın qeydiyyatdan çıxarılması zərurəti yarandıqda vergi ödəyicisi bilavasitə və ya İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçilərək öz istifadəçi kodu, parol və şifrəsi və ya gücləndirilmiə elektron imza, o cümlədən ASAN imza vasitəsi ilə sistemə daxil olub "Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” menyusu vasitəsilə "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" ilə elektron sənəd formasında vergi orqanına müraciət etməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müraciət elektron formada edildikdə PDF fayl şəklində):

  • STXM-in plombun zədələnməməsi barədə aktı (STXM-in bu aktında fiskal yaddaşın göstəricisi əks etdirilməlidir);
  • NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lentinin işlək vəziyyətdə olmasını təsdiq edən akt;
  • NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek.

Vergi ödəyicisinin müraciətinə əsasən müvafiq ərizə STXM tərəfindən də verilə bilər və bu zaman vergi ödəyicisi "Texniki xidmət jurnalı" və "NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı", qeydiyyat vərəqəsi, texniki pasport həmin STXM-ə təqdim etməlidir.

Müvafiq daxili proseduraları yerinə yetirdikdən sonra vergi orqanının səlahiyyətli nümayəndəsi "NKA-ya texniki xidmət kitabı", "NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nı vergi ödəyicisindən (və ya ərizə onun tərəfindən edildikdə - STXM-dən) götürərək NKA-nın qeydiyyat vərəqəsinin, texniki pasportun üzərində qeydiyyatdan çıxarılma barədə ştamp vurur, STXM-də qalmış sənədlər isə daha sonra vergi ödəyicisinə qaytarılır.

Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2020-01-11 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!