İşdən azad edilmənin sənədləşdirilməsi

İşçi öz istəyi ilə əmək müqaviləsinə xitam vermək istəyirsə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Ərizədə işçi işdən azad olmaq istədiyi günü və azad olma səbəbini qeyd etməlidir.

Ərizə azad formada şağıdakı kimi hazırlanır:

İşçinin ərizəsinin nümünəsi

İşçinin ərizəsinin nümünəsini yükləmək.

İnsan qaynaqları şöbəsi işdən azad olunma əmrini hazırlamalıdır. Bu əmr əsasında mühasibatlıq işçiyə son ayda işlədiyi günlərə görə əmək haqqını, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanı (əgər qalıbsa) və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesab vərəqini hazırlamalıdır.

Bundan başqa, insan qaynaqları şöbəsinin işçisi işçinin işdən azad edilmə günü onun şəxsi vərəqəsinə və əmək kitabçasına əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeydlər aparmalıdır.

DİQQƏT!

AR Əmək Məcəlləsinin 172.6 bəndinə əsasən:

İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İşçinin əmək kitabçasının müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.

Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

Əmək müqaviləsinə xitam müxtəlif səbəblərdən verilə bilər. Misal üçün:

  1. tərəflərdən birinin təşəbbüsü;
  2. əmək müqaviləsinin müddətinin qurtarması;
  3. əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  4. müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  5. tərəflərin iradəsindən asılı olmayan hallar;
  6. tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək müqaviləsinə xitamın növləri AR Əmək Məcəlləsinin 68-ci maddəsində verilibdir.

Yazı sonuncu dəfə 2020-02-22 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!