Debitor və kreditorlar ilə hesablaşmaların sənədləşdirilməsiAlınmış malların (işlərin, xidmətlərin) ödənişləri ilə bağlı müəssisələr arasında olan bütün hesablaşmalar sənədləşdirilməlidir. İlk öncə mallar satıldıqda müəssisə alıcıya (sifarişçiyə) hesab-faktura (hesab,invoys) təqdim etməlidir. Alıcı hesabı nağd və ya nağdsiz qaydada bank hesabından (ödəniş tapşırığı ilə) apara bilər. Birinci halda pulların daxil olması kassa mədaxil olderində, ikinci halda isə bank çıxarışında əks olunacaqdır. Bundan sonra malların (işlərin, xidmətlərin) alıcıya təhvil-təslimi baş verir. Bunun üçün müəssisə alıcıya onlayn kargüzarlıq vasitəsi ilə elektron qaimə-faktura təqdim edəcəkdir. Eyni zamanda, müqavilə şərtlərində malların (işlərin, xidmətlərin) təhvil-təslim aktı nəzərdə tutulubsa, əlavə olaraq, müqavilədə nəzərdə tutulmuş formada təhvil-təslim aktı tərtib edilir. İşlərin görülməsini və xidmətlərin göstərilməsini təsdiqləyən sərbəst formada və fərqli başlıqlar ilə aktlar da tərtib edilə bilər: "Xidmətlərin göstərilməsi barədə AKT", "İşlərin görülməsi barədə AKT", "Xidmətlərin (işlərin) təhvil-təslim AKT-ı" və s.
Onu da qeyd etmək lazımdır ki:
Mallar alıcıya satıcı tərəfindən çatdırılırsa, o zaman, əmtəə-nəqliyyat qaiməsi tərtib edilir. Belə ki, "Avtomobil nəqliyyatı haqqında" AR Qanunun 40.2 maddəsinə əsasən yük daşıma müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir. Əgər daşınma zamanı müəssisəyə məxsus avtonəqliyyat istifadə ediləcəksə "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma N YV-1) tərtib edilir. Debitor və kreditorlar ilə qarşılıqlı hesablaşmaların yoxlanılması üçün sərbəst formada hazırlanan "Üzləşmə akt"-ından istifadə edilir.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 71.1, 176 Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları Yazı sonuncu dəfə 2020-01-05 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!