Dəyişdirmə (barter) müqaviləsiDəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, dəyişdirmə müqaviləsi beynəlxalq ticarətdə barter müqaviləsi kimi tanınır. Dəyişdirmə müqaviləsi üzrə qiymətlər və xərclər Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir. Dəyişdirmə müqaviləsi üzrə malı vermək öhdəliyinin qarşılıqlı icrası Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Dəyişdirilən mallara mülkiyyət hüququnun keçməsi Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2021-05-16 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!