Yeni kitablar



Mühasibat uçotu - 2018
Müəllif: Altay Cəfərov | Mühasibat uçotu | Nəşr ili: 2018

- Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi


Mühasibat uçotu: Müxabirləşmələrin praktiki izahı
Müəllif: Xalid Cəfərov | Mühasibat uçotu | Nəşr ili: 2019
kitabda Milli Mühasibat Uçotunun Hesablar Planı ilə hər hesab üzrə əməliyyatların müxabirləşmə qaydaları öz əksini tapıb. Kitab həm mühasibatlıq üzrə biliklərini daha da genişləndirən, həm də mühasibatlığı yeni öyrənənlər üçün səmərəli olacaq.
Kitabda konkret olaraq misallar üzrə əməliyyatların hesablar planı (3 rəqəmli) üzrə müxabirləşmələrdə təsviri və yekun əməliyyatlar təsvir edilib.


Kargüzarlıq: A-dan Z-yə
Müəllif: Monitor Konsaltinq | Kargüzarlıq | Nəşr ili: 2018
"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.



Mühasibat Uçotu GAAP və İFRS əsasında
Müəllif: Elvin Həsənov, Elvin Əlimərdanov | Mühasibat uçotu | Nəşr ili: 2018
Mühasibat Uçotu GAAP və İFRS əsasında


Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı (Yeni)
Müəllif: İsmayıl Bağırov, Təbiət Tağıyev | Vergilər | Nəşr ili: 2019
Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı (Yeni), İsmayıl Bağırov, Təbiət Tağıyev


Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019
Müəllif: Monitor Konsaltinq | Vergilər | Nəşr ili: 2019
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 (01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk


Əmək Münasibətləri A-dan Z-yə 2018
Müəllif: Altay Cəfərov | Kadr işi | Nəşr ili: 2018
Müavinətlərlə bağlı Əmək Məcəlləsinə edilən son dəyişikliklərin izahı
İşsizlik sığortası tarifləri və ödəniş qaydası
Əməkhaqqı, tabel uçotu və əməkhaqqıdan güzəştlər
Məzuniyyətlərin hesablanması və rəsmiləşdirilməsi
Əmək kitabçası və Sosial Sığorta şəhədətnaməsi


Əmək qanunvericiliyi toplusu 2018
Müəllif: Monitor Konsaltinq | Kadr işi | Nəşr ili: 2018
Əmək qanunvericiliyi toplusu, 2018


"İqtisadi Diplomatiya" (dərslik).
Müəllif: Xəlil Vəlizadə | İqtisadiyyat | Nəşr ili: 2017
Dərs vəsaitində "İqtisadi diplomatiya"nın aydın şəkildə izahı üçün optimal mühazirə materiallarından istifadə edilmiş və gələ-cək dövr ərzində perspektiv inkişafı üçün tədqiqatlar aparılmışdır. Dərs vəsaitində Azərbaycan torpaqlarının Ermənistan tərəfin-dən işğalı məsələsinə xüsusi diqqət ayrılmış və iqtisadi cəhətdən vurduğu ziyanın nəticələri geniş şəkildə analiz edilmişdir. Dərs vəsaiti bakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar, tədqiqatçılar, iqtisadçılar, siyasətçilər, diplomatlar həmçinin iqtisadi diplomatik münasibətlərlə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

Yükləmək



1C Və Mühasibat.
Müəllif: Rəşad Məmmədov | Accountsoft | Nəşr ili: 2017
Kitab - baş verə biləcək maliyyə-təsərrüfat əməliyyatlarının 1C proqramına işlənilməsindən bəhs edir. Müəlifin bu sahədəki çoxillik təcrübəsi-kitabın praktik gücünü artırmışdır. Praktik vəsaitin əsas vəzifəsi müəssisədə baş vermiş (aktivlərin alışı, istehsalı, satışı, gəlir, xərc və digər) əməliyyatların uçotunun 1C proqramında necə işlənməsini göstərməkdir. Kitabı mühasibat sahəsində bilik və təcrübəsi olanlar istifadə edə bilərlər. Vəsaitdəki şəkillər imkan verir ki, Siz 1C proqramını müstəqil şəkildə öyrənə biləsiniz. Mühasiblər, maliyyə menecerləri və artıq 1C proqramının istifadəçiləri isə kitabdan stolüstü vəsait kimi istifadə edə bilərlər.


Rəsmi mühasibatlığa giriş.
Müəllif: Radil Fətullayev, İbad İbadov | Mühasibat uçotu | Nəşr ili: 2016
Kitab mühasiblər, müəssisə rəhbərləri, insan resursları menecerləri, həmçinin maliyyə uçotunu mənimsəmiş tələbələr üçün yazılmışdır. Kitabdan sərbəst, müəllimlə - fərdi şəkildə və qrup halında təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edə bilərsiniz. Kitab oxucunun Azərbaycan respublikasının qanunvericiliyi əsasında əməliyyatların sənədlər üzrə rəsmiləşdirilməsi qaydalarını asan üsulla hazırlaya bilməsi üçün mühüm bir vəsait ola bilər. Qeyd edək ki, kitab əsasən auditlərin yoxlama qaydaları əsasında rəsmiləşdirilməsi prinsiplərinə uyğun şəkildə yazılmışdır. Belə ki, rəsmi mühasibatlığın əsasını müəssisənin 3 mühüm hesabatı – "kassa", "bank" və "təhtəlhesab şəxs hesablar"ı üzrə gündəlik baş verən əməliyyatların sənədləşdirilməsi təşkil edir. Əgər mühasib bu 3 hesabın rəsmiləşdirilib qovluqlaşdırılmasına nail ola bilərsə, o zaman yoxlama zamanı auditlər də rahat şəkildə təftiş edə bilərlər. Kitabın ilk fəsillərini də məhz bu hesablar üzrə rəsmiləşdirmə qaydalarına həsr etmişik.


Mühasibatlığa dair məsələlər toplusu.
Müəllif: Radil Fətullayev, İbad İbadov, Fərid Abbaslı | Mühasibat uçotu | Nəşr ili: 2015
Kitabda müasir dövrdə kommersiya müəssisələrində tətbiq olunan beynəlxalq mühasibat uçotuna dair praktiki nümunələr və onların bəzilərinin həlləri, o cümlədən maliyyə bərabərliyində əməliyyatların əks etdirilməsi, onların jurnalda qeydiyyatı, sınaq balansının (dövriyyə cədvəlinin) və maliyyə hesabatı formalarının hazırlanması, həmçinin ayrı-ayrılıqda uzunmüddətli və qısamüddətli aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin uçotuna aid 100-dən çox məsələ və tapşırıqlar verilmişdir.

Bu kitab maliyyə və mühasibatlıq sahəsində çalışan ekspertlər, mütəxəssislər, mühasiblər və müəllimlər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı kitabdan müəssisə rəhbərləri, menecerlər, bank sektorunda çalışan ekspertlər, mühasibatlıq üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar da istifadə edə bilərlər.

Mündəricat



Beynəlxalq Mühasibatlığa Giriş (IFRS əsasında)
Müəllif: Radil Fətullayev | Mühasibat uçotu | Nəşr ili: 2015
Kitabda müasir dövrdə tətbiq olunan beynəlxalq mühasibat uçotu və hesabatının formalaşması mərhələləri, GAAP və IFRS-in mahiyyəti, nəzəri-metodoloji əsasları, tətbiqi prinsipləri, müxtəlif təsərrüfat əməliyyatlarının hesablarda qeydiyyatı, informasiyanın maliyyə hesabatı formalarında əks etdirilməsi qaydaları, həmçinin maliyyə hesabatının informasiyası əsasında təhlilin aparılması metodikası və sair məsələlər qısaca nəzərdən keçirilmişdir.

Mündəricat



Mühasibat Uçotu, Vergilər
Müəllif: Aydın Kərimov | Mühasibat uçotu | Nəşr ili: 2019
Bu nəzəri-praktiki nəşr mühasiblər, maliyyəçilər, iqtisadçılar, mütəxəssislər, tələbələr, ümumiyyətlə, bütün iş adamları üçün nəzərdə tutulub. Kitabda mühasibat uçotu, vergi sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları və s. nəzəri və praktiki şəkildə nümunələrlə şərh edilib. Kitabda istinad edilən qanun, qərar və təlimatlar 25 yanvar 2014-cü il tarixə qədər olan bütün dəyişiklikləri özündə əks etdirir.


Səhifələr: 1  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!