İşə gəbul Əmri"İşə gəbul Əmri" bir nüsxədə tərtib edilir. Əmrdə işə götürülən işçinin vəzifəsi, əmək haqqısı, əmək müqaviləsinin tarixi və nömrəsi qeyd edilir. Əmr əsasında işçinin əmək kitabçasında işə gəbul ilə bağlı qeyd edilir. Əmr müəssisənin rəhbəri tərəfindən imzalanır. İşçi əmr ilə tanış olmalı və tanış olması ilə bağlı onun üzərində imzasını qoymalıdır. AR Əmək Məcəlləsinin 81-ci maddəsinə əsasən
Maddə 81. Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi
Beləliklə, işçi ilə "Əmək müqaviləsi" bağlanmadan "İşə gəbul Əmri" tərtib edilməməlidir. İşçinin işə gəbul əmri aşağıdakı kimi tərtib edilə bilər: Qayalı MMC İşçinin işə gəbul edilməsi haqqında ƏMR N____ Bakı ş. __.__.20__ Əliyev Məhəmməd Salam oğlu "__" "______" 20___-ci il tarixindən sınaq müddəti 3 ay olmaqla mühasib vəzifəsinə təyin olunsun. Əmək haqqı ştat cədvəli ilə müəyyən edilsin. Əsas: Məmmədli M.M. ilə __.__.20__-ci il tarixli, müəssisə ilə bağlanmış ___ saylı əmək müqaviləsi və ərizəsi. Müəssisənin rəhbəri: ___________ imza ___________ SAA
Əmr ilə tanış oldum ___________ imza ___________ tarix Əliyev M.S. İşçinin işə gəbul əmrini buradan yükləyə bilərsiniz.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-07-25 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!