Ehiyatların anbarda uçotu

Anbarda ehtiyatların uçotu ehtiyatlar üzrə "Əmlakın (qiymətlilərin) uçot kartlarında" (Forma N 1Q) və ya cəm şəklində "Aktivlər üzrə uçot kitabında" (Forma N 1U) aparıla bilər.

Müəssisənin anbarlarında malların qalığı hər bir anbar və məsul şəxs üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir.

Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir.

Ehtiyatların anbarda uçotu ilə bağlı sənədlərinin müəssisədə saxlanılması müddətləri 5 ildir.

Yazı sonuncu dəfə 2018-11-24 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!