Hesabat ilinin sonuna əməliyyatlarHər ilin sonunda dekabr ayının 31 tarixinə maliyyə hesabatları hazırlanır. Bu tarixə artıq müəssisənin hesabat ili üzrə sonuncu əməliyyatı mühasibat uçotu kitablarında əks olunur. İlin bağlanması prosesi 2 hissədən ibarət olur:
Qeyd etdiyimiz kimi, ilin bağlanmsı üçün 60-ci və 70-ci maddələr üzrə hesabların hamısı bağlanmalıdır: Ümumi mənfəətin (zərərin) uçotu Hesablar Planının 80-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin hesabat dövrü ərzində maliyyə-təsərrüfat fəaliyyəti üzrə ümumi mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 801 №li "Ümumi mənfəət (zərər)" hesabı açılır. Yaranan gəlirlər üzrə məbləğlər hesabat dövrünün mənfəəti kimi 601, 611, 621, 631, 641 №li hesabların müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Xərclər üzrə yaranan məbləğ hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731, 741, 751, 761 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini mənfəətlə başa vurarsa aşağıdakı mühasibat yazılışları verilir:
Mühasibat uçotu subyekti illik maliyyə-təsərrüfat fəaliyyətini zərərlə başa vurarsa bu zaman 341 №liv hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-07-30 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!