Qeyri-maddi aktivlərin ayrıca əldə edilməsiAlınmış QMA ilkin dəyərinə bu alış ilə bağlı olan bütün xərclər daxil olmalıdır. Bu xərclərə daxildir:
QMA alınması və ya yaradılması ilə bağlı olan götürülmüş kreditlərə və borclara görə ödənilən faiz xərcləri onun ilkin dəyərinə daxil edilmir. Müəssisə ƏDV ödəyicisidirsə, bu xərclər ƏDV-siz tanınır. ƏDV isə ödənildikdən sonra büdcə ilə əvəzlədirilə bilər. Lakin, müəssisə ƏDV ödəyicisi deyilsə, o zaman, ödənilən ƏDV məbləği alınan QMA dəyərinə daxil edilir. QMA-rin alınması zamanı hesablarda yazılışlar malgöndərən tərəfindən təqdim edilən ilkin sənədlər əsasında edilir: müqavilə, elektron qaimə-faktura, və s. Müəssisəyə daxil olan qeyri-maddi aktivlər 103 N-li "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabının müvafiq subhesabının debeti və 244, 302, 431, 432, 434, 435, 521, 523, 531, 532, 537, 538, 545 N-li hesabların müvafiq subhesablarının krediti üzrə əks olunur. Qeyri-maddi aktivlərin işlək vəziyyətə gətirilməsi üçün çəkilən əlavə xərclər də, 103-N-li hesabın debetində toplanır. Alınmış QMA istismara verildikdə 103-cü hesabın debetində toplanan ilkin dəyər, 103-cü "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması" hesabın kreditindən 101 N-li "Qeyri-maddi aktivlərin dəyəri" hesabının debetinə silinir. Əldə edilmiş qeyri-maddi aktivlərlə əlaqədar əlavə dəyər vergisinin hesablanması üzrə 241-1 N-li subhesabın debeti və 244, 431, 432, 435, 531, 532, 538, 545 N-li hesabların müvafiq subhesablarının krediti üzrə əks olunur. Əldə edilmiş qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 N-li hesabın müvafiq subhesablarının debeti və 241-1 N-li subhesabın krediti üzrə əks olunur. Qeyri-maddi aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 103 N-li hesabın müvafiq subhesablarının debeti və 241-1 N-li subhesabın krediti üzrə əks olunur. Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
Qeyri-maddi aktivlərin maliyyə icarəsi ilə əldə edilməsi Qeyri-maddi aktivlər maliyyə icarəsi ilə əldə edildikdə onun ədalətli dəyərinə bərabər olan məbləği, yaxud, əgər bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyəri 101 №li hesabın müvafiq subhesablarının debeti və 406, 535 №li hesabların müvafiq subhesablarının kreditində, bu aktivlərlə bağlı hər hansı dolayı xərclər 101 №li hesabın müvafiq subhesablarının debeti və 435, 445, 538, 545 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Vergi uçotu AR Vergi Məcəlləsinin 143 maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və gəlirdən çıxılır. Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 13.2.8 maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər mal sayılmır. Bu o deməkdir ki, qeyri-maddi aktivin, misal üçün yerli istehsalçıdan alınması zamanı, onun qiymətində ƏDV olmamalıdır. Lakin, onun quraşdırılmasına, sazlanmasına çəkilən xərclər, konsultasiya və sair analoji xərclərin qiymətində ƏDV ola bilər. Məs bu ƏDV əgər müəssisə ƏDV ödəyicisidirsə, QMA ilkin dəyərinə daxil edilmir. Lakin, müəssisə ƏDV ödəyicisi deyilsə alış zamanı ödənilən ƏDV QMA ilkin dəyərinə daxil ediləcəkdir. Bundan başqa, əgər müəssisə alış zamanı QMA mülkiyyət hüququ əldə etmirsə (yalnız istifadə hüququ), o zaman, alınan, misal üçün proqram təminatı, vergi məqsədləri üçün QMA kimi tanınmayacaqdır, və ona çəkilən xərclər müəssisəyə göstərilən xidmət kimi tanınıb əməliyyat xərclərinə daxil ediləcəkdir. Və əgər bu proqram təminatından istifadə hüququ, misal üçün, 3 illik verilibsə, o zaman, bu xərclər gələcək dövlərin xərcləri kimi tanınıb, hissə-hissə dövrlər üzrə xərclərə aid ediləcəkdir.
Normativ-hüquqi aktlar:
12 saylı "Qeyri-maddi aktivlər üzrə" Milli Mühasibat Uçotu Standartı. Yazı sonuncu dəfə 2019-02-27 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!