Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər və xərclər

Bildiyimiz kimi bir çox holdinqlərin tərkibində bir neçə müxtəlif təsərrüfat sahəsinə (istehsal, xidmət, ticarət və s.) aid olan fəaliyyətlər ilə məşğul olan müəssisələr olur. Bu müəssisəslər fəaliyyət müxtəlifliyindən başqa, həm-də ölkənin müxtəlif bölqələrində, bəzən isə müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Buna görə iri holdinqlərin maliyyə hesabatlarının hazırlanması zamanı, onların fəaliyyəti seqmentlərə bölünür.

Seqment - müəssisənin fəaliyyətinə cəlb edilən və gəlir və xərclərin yaranmasında iştirak edən müəssisənin bir hissəsidir. Seqmentin fəaliyyəti müəssisə rəhbərliyinin daim nəzarətində olur, və hər bir seqment üzrə ayrı maliyyə hesabatı hazırlamaq olar. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları seqmentləri 2 növə bölürlər: fəaliyyət sahələri üzrə seqment və coğrafi seqment.

Dayandırılmış fəaliyyət müəssisənin ya silinmiş, ya da satış üçün saxlanılmış kimi təsnif edilmiş komponentidir və

  1. ayrıca əsas fəaliyyət sahəsini və ya coğrafi ərazini təmsil edir
  2. ayrıca əsas fəaliyyət sahəsinin və ya əməliyyatların coğrafi ərazisinin xaric olunması üçün vahid koordinasiya olunmuş planın tərkib hissəsidir və ya
  3. xüsusi olaraq yenidən satılması məqsədilə əldə edilən törəmə müəssisədir.
"Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar" adlı 5 No-li MHBS əsasən müəssisə, maliyyə hesabatlarının istifadəçilərinə, onların dayandırılmış fəaliyyətlərin və uzunmüddətli aktivlərin (və ya xaricolma qrupuların) silinməsinin maliyyə nəticələrini qiymətləndirməsinə yardım edəcək informasiyanı təqdim etməli və açıqlamalıdır.

Əgər müəssisənin tərkibindəki seqmentlərdən hər-hansı biri fəaliyyətinin dayandıracaqsa, o zaman, müəssisənin hesabatı faktiki olaraq iki hissəyə bölünür: davam edən fəaliyyət və dayandırılan fəaliyyət.

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlərin uçotu

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlərin uçotu Hesablar Planının 62-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin fəaliyyətinin dayandırılması ilə əlaqədar ya silinmiş, ya da satış üçün saxlanılmış kimi təsnifləşdirilmiş komponentləri üzrə yaranmış gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 621 №li "Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər" hesabı açılır.

Fəaliyyətin dayandırılması üzrə əməliyyatlardan mənfəət əldə edildiyi hallarda maliyyə hesabatlarında fəaliyyətin dayandırılmasından yaranan gəlirlərdən xərclər çıxılmaqla (netto əsasında) təqdim edilir. Uzunmüddətli aktivlərin satışından gəlirlərin əldə edilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • uzunmüddətli aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirildikdə (fəaliyyətin dayandırılması) həmin aktivlərin ilkin dəyərinə 206 №li hesabın müvafiq subhesablarının debeti və 101, 111, 121, 131, 193 №li hesabların müvafiq subhesablarının krediti üzrə, bu aktivlər üzrə yığılmış amortizasiya məbləğinə 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərin dəyərinin azalmasına görə düzəlişlərlə bağlı məbləğlərə 208 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • aktivlər üzrə yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinə 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məbləğinə 172, 173, 177, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 621 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • əlavə dəyər vergisi hesablandıqda 171, 172, 173, 177, 211, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərin balans dəyərinə 741 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərin satışı ilə əlaqədar çəkilmiş xərclərə 741 №li hesabın müvafiq subhesablarının debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan digər aktivlərin satışı ilə əlaqədar çəkilmiş xərclərə görə əlavə dəyər vergisinin hesablanması zamanı 241-1 №li subhesabın debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • həmin əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə, əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 741 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.

Fəaliyyətin dayandırılması üzrə maliyyə alətlərinin satışından gəlirlərin əldə edilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • asılı və birgə müəssisələrə investisiyalar, habelə digər uzunmüddətli investisiyalar satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar kimi təsnifləşdirililməklə həmin aktivlərin ilkin dəyərinə 231 №li hesabın müvafiq subhesablarının debeti və 151, 152, 183 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • aktivlər üzrə dəyərinin azalmasına görə düzəlişlərlə bağlı məbləğlərə 153, 184 №li hesabların müvafiq subhesablarının debeti və 231 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məbləğinə 172, 173, 177, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 621 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların balans dəyərinə 741 №li hesabın müvafiq subhesablarının debeti və 231 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların satışı ilə əlaqədar çəkilmiş xərclərə 741 №li hesabın müvafiq subhesablarının debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • satışla əlaqədar çəkilmiş xərclərə görə əlavə dəyər vergisinin hesablanması zamanı 241-1 №li subhesabın debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • həmin əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə, əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 741 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər üzrə məbləğə 621 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

741 №li "Fəaliyyətin dayandırılmasından yaranan xərclər" hesabının debetində yığılmış məbləğlər 801 №li hesabın müvafiq subhesablarının debetində və 741 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Fəaliyyətin dayandırılmasından yaranan xərclərin uçotu

Fəaliyyətin dayandırılmasından yaranan xərclərin uçotu Hesablar Planının 74-cü maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin fəaliyyətinin dayandırılması ilə əlaqədar ya silinmiş, ya da satış üçün saxlanılmış kimi təsnifləşdirilmiş komponentləri üzrə yaranmış xərcləri barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 741 №li "Fəaliyyətin dayandırılmasından yaranan xərclər" hesabı açılır.

Fəaliyyətin dayandırılmasından zərər yarandığı hallarda, fəaliyyətin dayandırılması üzrə əməliyyatlardan yaranan xərclər maliyyə hesabatlarında onların yaranması ilə əlaqədar xərclərdən gəlirlər çıxılmaqla (netto əsasında) təqdim edilir. Uzunmüddətli aktivlərin satışından gəlirlərin və xərclərin yaranması zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • uzunmüddətli aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirildikdə (fəaliyyətin dayandırılması) həmin aktivlərin ilkin dəyərinə 206 №li hesabın müvafiq subhesablarının debeti və 101, 111, 121, 131, 193 №li hesabların müvafiq subhesablarının krediti üzrə, bu aktivlər üzrə yığılmış amortizasiya məbləğinə 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • aktivlər üzrə dəyərin azlmasına görə düzəlişlərlə bağlı məbləğlərə 208 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • aktivlər üzrə yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinə 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məbləğinə 172, 173, 177, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 621 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • əlavə dəyər vergisi hesablandıqda 171, 172, 173, 177, 211, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • həmin aktivlərin balans dəyərinə 741 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • bu aktivlərin satışı ilə əlaqədar çəkilmiş xərclərə 741 №li hesabın müvafiq subhesablarının debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • satışla əlaqədar çəkilmiş xərclərə görə əlavə dəyər vergisinin hesablanması zamanı 241-1 №li subhesabın debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • həmin əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə, əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 741 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.

Fəaliyyətin dayandırılması üzrə maliyyə alətlərinin satışından gəlirlərin əldə edilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • asılı və birgə müəssisələrə investisiyalar, habelə digər uzunmüddətli investisiyalar satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar kimi təsnifləşdirililməklə həmin aktivlərin ilkin dəyərinə 231 №li hesabın müvafiq subhesablarının debeti və 151, 152, 183 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • aktivlərin dəyərinin azlmasına görə düzəlişlərlə bağlı məbləğlərə 153, 184 №li hesabların müvafiq subhesablarının debeti və 231 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məbləğinə 172, 173, 177, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 621 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların balans dəyərinə 741 №li hesabın müvafiq subhesablarının debeti və 231 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların satışı ilə əlaqədar çəkilmiş xərclərə 741 №li hesabın müvafiq subhesablarının debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • satışla əlaqədar çəkilmiş xərclərə görə əlavə dəyər vergisinin hesablanması zamanı 241-1 №li subhesabın debeti və 432, 435, 532, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • həmin əlavə dəyər vergisi əvəzləşdirildikdə 521 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə, əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda 741 №li hesabın müvafiq subhesablarının debeti və 241-1 №li subhesabın krediti üzrə.

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər üzrə məbləğə hesabat dövrünün mənfəəti kimi 621 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Fəaliyyətin dayandırılmasından yaranan xərclər üzrə məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 741 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Yazı sonuncu dəfə 2018-08-10 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!