Qeyri-maddi aktivlərin əvəzsiz verilməsiQeyri-maddi aktivin əvəzsiz verilməsi zamanı və ya onun istifadəsindən, habelə xaricolmasından hər hansı gələcək iqtisadi səmərənin daxil olması gözlənilmədikdə həmin aktivin tanınması dayandırılır. Bu zaman yaranan gəlirlər, yaxud zərərlər xaricolmadan yaranan xalis daxilolmalar (əgər mövcuddursa) ilə aktivin balans dəyəri arasındakı fərq kimi müəyyən edilir və Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda təqdim olunur. Qeyri-maddi aktivin xaricolması zamanı 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının debeti və 101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabın müvafiq subhesablarının krediti, həmçinin 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabın müvafiq subhesablarının debeti və 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının krediti üzrə mühasibat yazılışı verilir. Əvəzsiz verilmiş qeyri-maddi aktivlər üzrə zərər 801 "Ümumi mənfəət (zərər)" hesabın müvafiq subhesablarının debeti və 731-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından zərərlər" hesabının kreditində əks etdirilir. Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:
Vergi uçotu Qeyri-maddi aktivlərin əvəzsiz qaydada digər şəxsə verilməsi Qeyri-maddi aktiv üzərində mülkiyyət hüququnun başqasına verilməsi olduğu üçün təqdim edilmə sayılır. AR Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri təqdim edilən aktivin bazar qiyməti və onun qalıq dəyəri arasındakı fərqdən ibarətdir. Aktivlərin təqdim edilməsindən yaranan zərər aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin qalıq dəyəri arasındakı fərqdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, AR Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər mal sayılmır və əvəzsiz verildikdə (təqdim edildikdə) onun dəyəri ƏDV cəlb edilmir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-03-12 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!