Korporativ kartlarKorporativ kartlar - şirkətin məsrəflərinin səmərəli və rahat idarə olunması, təsərrüfat fəaliyyəti ilə bağlı hesablaşmaların aparılması və ezamiyyət xərclərinin (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s. ), təsərrüfat məsrəflərini, nümayəndəlik xərclərini ödəməyə imkan verir. Korporativ kartların fiziki və hüquqi şəxslərə verdiyi üstünlüklər aşağıdakılardır:
Korporativ kartlardan istifadə qaydaları AR Mərkəzi Bankının İdarə Heyətinin 16/3 nömrəli 10.07.2012 tarixli qərarı ilə təsdiqlənibdir. Belə ki, qaydalara əsasən emitent (bank) hüquqi şəxs və ya fərdi sahibkarla bağladığı müqavilə əsasında korporativ kart emissiya edir. Müqavilədə nəzərdə tutulduğu halda hüquqi şəxsə və ya fərdi sahibkara kart hesabı üzrə bir neçə korporativ kart verilir. Bundan başqa, korporativ kartları əldə etmək üçün müəssisə kart hesabını vergi müfəttişliyində qeydiyyatdan keçirməlidir. Korporativ kart hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyə, nümayəndəlik və digər xərclərinin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsində istifadə olunur. Korporativ kart dividend, əmək haqqı, pensiya, təqaüdlərin ödənilməsi və digər sosial xarakterli ödənişlər üçün istifadə oluna bilməz. Kart vasitəsilə əməliyyatların aparılması Kart istifadəçisi kart vasitəsilə aşağıdakı əməliyyatları həyata keçirmək hüququna malikdir:
Dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə mərkəzləşdirilmiş (vahid) xəzinə hesabına ödənişlərin aparılması zamanı sənəddə büdcə təşkilatı və ya büdcədənkənar dövlət fondunun rekvizitləri, büdcə gəlirlərinin təsnifatı və büdcə səviyyəsinin kodu qeyd edilir. Kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Kartla təmassız ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən avadanlıqlar vasitəsilə həyata keçirilir. Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 50 (əlli) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır. Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilir. Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi ölkə daxilində olmaqla xidmət mərkəzi tərəfindən həyata keçirilir. Kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar haqqında xidmət mərkəzləri arasında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin bu əməliyyatlar üzrə banklar arasında yekun hesablaşmaların aparılması Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Banklar və xidmət mərkəzləri ilə ölkə xaricində fəaliyyət göstərən kart təşkilatları arasında ölkə daxilində kartlar vasitəsilə aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın. Kart hesablarında olan pul vəsaitlərinin uçotu 223 "Bank hesablaşma hesabları" hesabının tərkibində olan subhesablarda aparıla bilər. Subhesabları aşağıdakı kimi adlandırmaq olar:
Korporativ kartlar vasitəsi ilə əməliyyatlar aşağıdakı kimi mühasibat uçotunda əks oluna bilərlər:
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-15 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!