İnzibati xərclərİnzibati xərclər - müəssisənin nə əməliyyat, nə də istehsal fəaliyyətinə aid olmayan məsrəflərdir. Misal üçün, inzibati xərclərə aşağıdakı xərclər aid edilə bilər:
İnzibati xərclərin uçotu İnzibati xərclərin uçotu Hesablar Planının 72-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin inzibati məqsədlər üçün istifadə olunmuş xammal və materiallar, inzibati işçi heyəti üzrə xərclər, inzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları, inzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri və inzibati məqsədlərlə bağlı digər xərclər barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 721 №li "İnzibati xərclər" hesabı açılır. 721 №li "İnzibati xərclər" hesabı üzrə aşağıdakı subhesablar açılır:
721-1 №li "İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərcləri" subhesabında mühasibat uçotu subyektinin inzibati məqsədlər üçün istifadə olunmuş xammal və materiallarla əlaqədar çəkilmiş xərclərinin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 721-1 №li subhesabın debeti və 201, 207 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərclərinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 721-1 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. 721-2 №li "İnzibati işçi heyəti üzrə xərclər" subhesabında mühasibat uçotu subyektinin inzibati işçi heyəti üzrə xərclərinin məbləği barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 721-2 №li subhesabın debeti və 191, 242, 411, 441, 511, 514, 523, 533, 541 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İnzibati işçi heyəti üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 721-2 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. 721-3 №li "İnzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları" subhesabında mühasibat uçotu subyektinin inzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 721-3 №li subhesabın debeti və 522 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İnzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmalarına 801 №li hesabın müvafiq subhesablarının debeti və 721-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. 721-4 №li "İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri" subhesabında mühasibat uçotu subyektinin inzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərclərinin dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 721-4 №li subhesabın debeti və 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərclərinə 801 №li hesabın müvafiq subhesablarının debeti və 721-4 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir. 721-5 №li "İnzibati məqsədlərlə bağlı digər xərclər" subhesabında mühasibat uçotu subyektinin inzibati məqsədlərlə bağlı digər xərclərinın dəyəri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Bu zaman 721-5 №li subhesabın debeti və 191, 221, 222, 223, 224, 225, 244, 412, 413, 414, 432, 434, 435, 445, 512, 513, 515, 521, 523, 532, 535, 537, 538, 545 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. İnzibati məqsədlərlə bağlı digər xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 721-5 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-08-15 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!