Nəğd vəsaitlərin kassaya mədaxiliNəğd vəsaitlər kassaya müxtəlif yollar ilə daxil ola bilərlər:
Nəğd vəsaitlərin kassaya mədaxilinin sənədləşdirilməsi Nəğd vəsaitlərin kassaya mədaxili müəsisənin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan Kassa mədaxil orderi (Forma N KO-1) ilə sənədləşdirilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Kassa mədaxil orderinə onu tərtib etmək üçün əsas olan sənədlər əlavə olunur. Nəğd vəsaitlərin gəbul edilməsi zamanı kassirin (xəzinadarın) əməliyyyatları Xəzinədar kassa mədaxil orderini və ona əlavə edilən kassa sənədləri alan zaman aşağıdakıları yoxlamalıdır:
Mədaxil orderi ilə və ona əlavə edilən sənədlərlə pul alındıqdan sonra bu sənəd tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanır, ona əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə "Ödənilib" qeydi edilir. Kassir pul əskinaslarını və ya qəpikləri bir-bir saymaqla gəbul edir. Pullar kassir tərəfindən elə gəbul edilməlidir ki, pulları mədaxil edən şəxs kassirin hərəkətlərini görə bilsin. Nəğd pulları gəbul etdikdən sonra kassir gəbul etdiyi pulun məbləğini kassa mədaxil orderində göstərilən məbləğ ilə yoxlayır. Mədaxil edilən pulların məbləği kassa mədaxil orderində göstərilən məbləğ ilə uyğun gəldikdə, kassir kassa mədaxil orderini imzalayır və orderin qəbzində müəssisənin möhürünü vurur. Kassa mədaxil orderinin qəbzi pulları mədaxil edən şəxsə verilir. Mədaxil edilən nəğd pulların məbləği kassa mədaxil orderində göstərilən məbləğ ilə uyğun gəlmədikdə, kassir çatışmayan məbləği ödəməyi təklif edir, və ya artıq ödənilən nəğd pulu geri qaytarır. Nəğd pulları mədaxil edən şəxs çatışmayan məbləği ödəməyə imtina etdikdə, kassir mədaxil edənə pulları qaytarır. Kassa mədaxil orderinin üzrərindən xətt çəkilir, və o baş mühasibə və ya mühasibə ötürülür ki, faktiki mədaxil edilən məbləğə yenidən kassa mədaxil orderi tərtib edilsin. Kassa əməliyyatlarının NKA istifadə edilməsi zamanı xüsusiyyətləri Kassa əməliyyatlarının bitməsindən sonra NKA-dan çıxarılan lent əsasında mədaxil edilən ümumi məbləğə kassa mədaxil orderi tərtib edilir. Nağd pul hesablaşmalarını NKA tətbiq etmədən qəbzlər vasitəsilə həyata keçirilməsi Qanunvericilikdə müəyyən edilmiş bəzi hallarda nəğd pul hesablaşmaları NKA tətbiq etmədən qəbzlər vasitəsilə həyata keçirilir. Qəbz - NKA tətbiq edilməli olmayan fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını aparılmasında istifadə etdiyi, maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini özündə əks etdirən, forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Pul vəsaitlərini mədaxil qəbzi ilə qəbul edən şəxslər müəyyən müddətdən sonra ümumi məbləği sonda bir kassa mədaxil orderi ilə müəssisənin xəzinəsinə təhvil verirlər. Nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyət növündən asılıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə, məsələn mehmanxana, hüquq, reklam, səhiyyə xidmətləri və s., habelə işçilərin sayı iki nəfərdən çox olmamaqla bərbərlik xidməti, foto xidməti, ayaqqabıların təmiri və bu kimi digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmaları zamanı NKA-nın tətbiq edilməsi məcburi xarakter daşımır. Bu fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını qəbzlər vasitəsilə həyata keçirə bilərlər. Bununla belə, qəbz tətbiq edilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən könüllü olaraq nağd hesablaşmalar NKA vasitəsilə apara bilərlər. Kassa mədaxil orderinin doldurulması zamanı biməliyik Kassa mədaxil orderi ciddi hesabat blankıdır. Bu səbəbdən də, onun tətbiqi aşağıdakı qanunvericilik aktlarına əsasən aparılır:
Normativ-hüquqi aktlar:
Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2019-02-15 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!