Məsrəflərin və xərclərin təsnifatı
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarında olan hesablar planında müəssisənin məsrəfləri və xərcləri aşağıdakı kimi təsnifləşdirilir:
Gördüyümüz kimi hesablar planında istehsal ilə bağlı məsrəflər ayrı, qeyri-istehsal xərcləri isə ayrı göstərilir. İstehsalat məsrəfləri İstehsalat məsrəflərinə məhsulun (işin və ya xidmətin) istehsalı üçün sərf edilən məsrəflər aiddir (məhsulun istehsalı ilə bağlı xammal və materiallar, işçilərin əmək haqqısı, əsas vəsaitlərin amortizasiyası və s.). İstehsalat məsrəfləri istehsal olunan məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olur. Bu məsrəflər, məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olma üsuluna görə, öz növbəsində, aşağıdakı qruplara bölünə bilər:
Birbaşa istehsal məsrəfləri müəssisədə hazırlanan məhsulun hazırlanmasına birbaşa sərf edilən məsrəflərdir (birbaşa xammal və material, əmək haqqı, amortizasiya və s.) Dolayı istehsal məsrəfləri müəssisədə hazırlanan məhsulun maya dəyərinə dolayı aid edilən məsrəflərdir (elektrik enerjisi, icarə xərcləri, istehsal rəhbərliyinin əmək haqqısı, istehsal binalarının amortizasiyası və s.) Qeyri-istehsal xərcləri Qeyri-istehsal xərcləri müəssisədə istehsal edilən məhsullar (işlər, xidmətlər) ilə birbaşa bağlı olmayan və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olmayan xərclərdir. Bu qeyri-istehsal xərclər yarandıqları hesabat dövründə xərc kimi tanınır. Qeyri-istehsal xərcləri aşağıdakı qruplara bölünür:
Məsrəf və xərclərin geniş iqtisadi təsnifatı Müəssisələr üçün istehsal etdikləri məhsulların maya dəyərini aşağı salınması və bununla əlaqəli olaraq ehtiyatların müəyyən olunması məqsədilə onların təsnifləşdirilməsi çox vacibdir. İstehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və uçotda əks etdirilir:
Normativ-hüquqi aktlar:
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!