İşçinin işə qəbul edilməsiİşçi işə gəbul olunduqda müəssisəyə aşağıdakı sənədləri təqdim etməlidir (AR Əmək Məcəlləsi, Maddə 48):
Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Əmək münasibətlərinə girən işçidən AR Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır. İşçinin işə qəbul olunması barədə ərizəsi kadrlar şöbəsinə verilir. Kadrlar şöbəsində yeni işçiyə tabel nömrəsi aid edilir və işçinin işə qəbul olunmasına dair müəssisə rəhbərinin əmri hazırlanır. Tərtib olunmuş əmr müəssisə rəhbəri tərəfindən imzalandıqdan sonra, qəbul olunan ş#351;əxs həmin əmrlə tanış olunmalıdır. Daha sonra əmr mühasibatlığa təqdim olunur və bu əsasda qəbul olunan şəxs üçün şəxsi vərəqə açılır. İşçi ilk dəfə işə düzəlirsə əmək kitabçası və dövlət sosial sığorta şəhadətnaməsi işəgötürən müəssisə tərəfindən açılır. Yeni işə götürülmüş işçinin əmək kitabçası itirildikdə, və ya istifadəyə yararsız vəziyyətdə olduqda, işçinin yazılı ərizəsi ilə müəssisə ona yeni əmək kitabçası açmalıdır. Hər bir müəssisədə əmək kitabçası ciddi qorunan sənəd kimi saxlanılır və işçi işdən çıxarkən kitabça həmin şəxsin özünə təqdim olunur. Əmrin tərtib olunması ilə birlikdə yeni işçi və müəssisə arasında Əmək müqaviləsi bağlanılır. Müqavilədə iş şəraiti, iş vaxtı, ödəniləcək əmək haqqı, sosial təminat, tərəflərin hüquqları və öhdəlikləri və s. əks olunur. Bunu da bilmək lazımdır ki, AR Əmək Məcəlləsi, Maddə 42:
Müəssisə daxilində Vəzifələrin instruksiyası nəzərdə tutulubsa, yeni işçiyə onun vəzifə instuksiyası verilir. İşçinin şəxsi işinin sürəti mühasibatlığa verilir. Mühasibatlığa yeni işçi onun vergilərdən azadolma və güzəştlər barədə sənədlər və ərizə təqdim edir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-03-06 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!