Əsas əməliyyat gəlirləri və xərcləriMüəssisənin göstərdiyi əsas fəaliyyət növləri onun Nizamnaməsində qeyd edilməlidir. Adətən bu fəaliyyətlərə malların satışı, məhsullların istehsalı və satışı, xidmətlərin göstərilməsi və işlərin görülməsi aid edilir. Lakin, bir çox hallarda müəssisənin Nizamnaməsində "müəssisə qanun ilə qadağan edilməyən bütün fəaliyyət növləri ilə də məşğul ola bilər" qeydi olur. Adi fəaliyyət – təsərrüfat məqsədlərinə nail olmaq üçün müəssisə tərəfindən həyata keçirilən fəaliyyətdir. Adi fəaliyyətdən olan gəlirlər - malların təqdim edilməsindən, xidmətlərin və işlərin göstərilməsindən olan gəlirlərdir. Adi fəaliyyətdən olan xərclər - təqdim edilmiş malların, xidmətlərin və işlərin maya dəyəridir. Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:
Aşağıda göstərilən bütün şərtlər yerinə yetirildiyi təqdirdə, xidmətin göstərilməsi ilə bağlı əməliyyatın nəticəsi etibarlı əsasla qiymətləndirilə bilər:
Malların satışı, xidmətlərin və işlərin görülməsi ilə bağlı xərclər aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:
Müəssisənin əsas əməliyyat gəlirləri 60-Nli "Əsas əməliyyat gəlirləri" hesabında uçota alınır.
Normativ-hüquqi aktlar:
"Gəlirlər üzrə" Kommersiya Təşkilatlari üçün 6 № li Milli Mühasibat Uçotu Standarti Yazı sonuncu dəfə 2018-07-19 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!