Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlir və xərclər

Müəssisə torpaq, tikili və avadanlıqları satmaq qərarına gəldikdə onlar müəssisənin balansında "Satış məqsədi ilə saxlanılan aktivlər" hesabında uçota alınırlar. Bu zaman, 206 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti, eyni zamanda 112 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Satış məqsədi ilə saxlanılan torpaq, tikili və avadanlıqların satılması ilə bağlı xərclər 731 №li hesabın müvafiq subhesablarının debeti və 206 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Satılmış torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirlər 171, 172, 177, 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində uçota alınır. Təqdim edilmiş aktivlərə görə hesablanılmış əlavə dəyər vergisinə 171, 172, 177, 211, 212, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Satılmış torpaq, tikili və avadanlıqlara görə gəlirlər 611 №li hesabın müvafiq subhesablarının debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Satılmış torpaq, tikili və avadanlıqlar üzrə hesablanmış xərclər 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

611-1 №li "Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər" subhesabında mühasibat uçotu subyektinin torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin, habelə satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirilən uzunmüddətli aktivlərinin satışından yaranan gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlərin əldə edilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • aktivin satış dəyərinə 171, 172, 173, 177, 211, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611-1 №li subhesabın krediti üzrə;
  • əlavə dəyər vergisi hesablandıqda 171, 172, 173, 177, 211, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə.
  • Sair əməliyyatlarla əlaqədar mənfəət yarandığı hallarda maliyyə hesabatlarında sair əməliyyat gəlirləri onların əldə edilməsi ilə əlaqədar xərclər çıxılmaqla (netto əsasında) təqdim edilir. Həmin aktivlərin balans dəyərinin xərcə aid edilməsi ilə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:
    • amortizasiya olunan aktivlərin ilkin dəyərinə görə 731-1 №li subhesabın debeti və 101, 111, 121, 131 №li hesabların müvafiq subhesablarının krediti üzrə və onların yığılmış amortizasiya məbləği, habelə qiymətdəndüşmə zərərinə görə 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının debeti və 731-1 №li subhesabın krediti üzrə;
    • amortizasiya olunan aktivlərə görə yaranmış yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinə 331 №li hesabın müvafiq subhesablarının debeti və 101, 111, 131 №li subhesabın krediti üzrə;
    • amortizasiya olunmayan uzunmüddətli aktivlərin balans dəyərinə görə 731-1 №li subhesabın debeti və 193 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
    • satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirilmiş uzunmüddətli aktivlərə görə 731-1 №li subhesabın debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

    611-1 №li "Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər" subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-1 №li subhesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

    731-1 №li "Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər" subhesabının debetində yığılmış məbləğlər hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və 731-1 №li subhesabın kreditində əks etdirilir.

    731-1 №li "Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər" subhesabında mühasibat uçotu subyektinin torpaq, tikili, avadanlıqlarının və digər uzunmüddətli aktivlərinin, habelə satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirilən uzunmüddətli aktivlərinin satışından yaranan xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

    Sair əməliyyatlarla əlaqədar zərər yarandığı hallarda maliyyə hesabatlarında sair əməliyyat xərcləri onların əldə edilməsi ilə əlaqədar gəlirlər çıxılmaqla (netto əsasında) təqdim edilir. Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından əldə edilən gəlirlərə aşağıdakı mühasibat yazılışları verilir:

    • aktivin satış dəyərinə 171, 172, 173, 177, 211, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 611-1 №li subhesabın krediti üzrə;
    • əlavə dəyər vergisi hesablandıqda 171, 172, 173, 177, 211, 212, 213, 217 №li hesabların müvafiq subhesablarının debeti və 545 №li hesabın müvafiq subhesablarının krediti, büdcə qarşısında vergi öhdəliyinin yaranması zamanı isə 545 №li hesabın müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

    Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin dəyərinin xərcə aid edilməsi ilə əlaqədar aşağıdakı mühasibat yazılışları verilir:

    • amortizasiya olunan aktivlərin ilkin dəyərinə görə 731-1 №li subhesabın debeti və 101, 111, 121, 131 №li hesabların müvafiq subhesablarının krediti üzrə və onların yığılmış amortizasiya məbləği, habelə qiymətdəndüşmə zərərinə görə 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının debeti və 731-1 №li subhesabın krediti üzrə;
    • amortizasiya olunan aktivlərə görə yaranmış yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinə 331 №li hesabın müvafiq subhesablarının debeti və 101, 111, 131 №li subhesabın krediti üzrə;
    • amortizasiya olunmayan uzunmüddətli aktivlərin balans dəyərinə görə 731-1 №li subhesabın debeti və 193 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
    • satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirilmiş uzunmüddətli aktivlərə görə 731-1 №li subhesabın debeti və 206 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

    611-1 №li "Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər" subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-1 №li subhesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

    731-1 №li "Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər" subhesabının debetində yığılmış məbləğlər hesabat dövrünün xərcləri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və 731-1 №li subhesabın kreditində əks etdirilir.

    Torpaq, tikili və avadanlıqların satılması zamanı aşağıdakı mühasibat yazılışları verilir:

    N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
    1 Torpaq, tikili və avadanlıqların satılması qərara alındıqda - ilkin dəyəri silnir 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
    2 Torpaq, tikili və avadanlıqların satılması qərara alındıqda - yığılmış amortizasiya məbləği silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" -
    3 Torpaq, tikili və avadanlıqların satılması ilə bağlı xərclərin əks olunması 731 "Sair əməliyyat xərcləri" 206 "Satış məqsədi ilə saxlanılan digər aktivlər" -
    4 Satılmış torpaq, tikili və avadanlıqlar üçün hesablanmış gəlirlərin əks olunması 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611 "Sair əməliyyat gəlirləri" -
    5 Satılmış tikili və avadanlıqlar üzrə hesablanmış gəlirlərdən ƏDV hesablanması 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 521 "Vergi öhdəlikləri" -


    Yazı sonuncu dəfə 2018-10-17 tarixində yenilənib.

  • www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
    Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!