İş vaxtının uçotuVaxtamuzd əmək haqqı formasında iş vaxtının uçotunu tabellərə əsasən (T-12 və T-13 №-li formalar) tabelçi aparır. İş vaxtı tabelində üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları, iş vaxtından artıq işləmə, məzuniyyət, ezamiyyətlərin uçotu aparılır. İş vaxtının uçotu tabeli işçilərə əmək haqqının hesablanmasına əsas verir. Aylıq əmək haqqını müəyyən etmək üçün müəyyən olunmuş tarif norması işlənən (saatlar nəzərə alınmaqla) günlərin sayına vurulmalıdır. İşəmuzd əmək haqqı sistemi adətən rəhbər işçlərin, ofis işçilərinin, əlavə köməkçi istehsalat işçilərinin, yarım-ştat şçilərinin əmək haqqının ödənilməsi üçün istifadə edilir. İşəmuzd əmək haqqı sistemində işçilərin əmək haqqısı işlərin görülməsi barədə Naryadlar, Hesablama-tabelləri, Naryad-kitabça, marşrut vərəqələri, və s. analoji sənədlər əsasında hesablanır. Komissiya sistemində əmək haqqının hesablanmasına əsas müəssisənin gəliri və işçinin əmək müqavləsində göstərilən faizin dərəcəsi barədə məlumatlardır.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-10-28 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!