Aktiv və öhdəliklərin inventarizasiyasıAktiv - keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və həmin müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslar olmaqla, müəyyən edilmiş tarixə, onun əmlakının tərkibi və dəyəri barədə maliyyə vəziyyəti haqqında hesabatın maddələrini əks etdirən göstəriciləridir. Öhdəlik – müəssisənin keçmiş hadisələrdən, o cümlədən bağlanılmış müqavilələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının həmin subyektdən kənara ахını ilə nəticələnən mövcud vəzifəsidir. Torpaq, tikili və avadanlıqların inventarizasiyası. İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan torpaq, tikili və avadanlıqların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:
Torpaq, tikili və avadanlıqlar inventarizasiya olunarkən komissiya həmin aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, təyinatını, əldə edilməsi tarixini, miqdarını, məbləğini, istismar müddətini və digər xüsusi göstəricilərini qeyd etməlidir. Torpaq, tikili və avadanlıqların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində, icarəsində və istifadəsində olan aktivlərin, həmçinin torpaq sahəsinin, su tutumunun və digər təbii resurs obyektlərinin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində və yaxud torpaq, tikili və avadanlıqlar üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən torpaq, tikili və avadanlıqlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə uçot kitablarına daxil edilməlidir. Məsələn, torpaq sahələri üzrə - mülkiyyətçisi, məqsədli təyinatı və hüquqi rejimi (kateqoriyası), yüklülüyü, tikinti, qurğu, yollar və ya çoxillik əkmələr altında olması; binalar üzrə — təyinatı, əsas tikinti materialı, daxili və ya xarici həcmi, sahəsi (o cümlədən ümumi yararlı sahəsi), mərtəbələrin sayı (o cümlədən zirzəmili və ya yarımzirzəmili), inşa edildiyi il və digər texniki göstəricilər; kanallar üzrə — uzunluğu, dərinliyi və eni (dibi, səthi), qeyri-təbii tikililər, dibi və yanların bərkidilməsi materialları; körpülər üzrə — olduqları yer, materialların növü və ölçüsü; yollar üzrə — onların təyinatı, tipi (şosse və digər texniki göstəricilər) uzunluğu, örtük materialı, döşəmənin eni və digər texniki göstəricilər. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir. Torpaq, tikili və avadanlıqlar yenidən bərpa olunub və rekonstruksiya edilibsə, yenidən quraşdırılması genişləndirilibsə və bunların nəticəsində təyinatını dəyişibsə siyahıda yeni adı və yeni təyinatı göstərilir. Əsaslı təmir tikinti işlərinin (mərtəbələrdə əlavə tikintilər, yeni otaqların inşası və bu kimi işlər) və yaxud tikililərin və qurğuların qismən ləğv edilməsi hallarının mühasibat uçotunda əks etdirilməməsi komissiya tərəfindən müəyyən edildikdə müvafiq yeni sənədlər əsasında obyektlərin balans dəyərinin artması və ya azalması məbləğləri müəyyən edilməli və siyahıda əks etdirilməlidir. Maşın, avadanlıq və nəqliyyat vasitələri siyahıda istehsalçı təşkilatın texniki pasportuna əsasən onların zavod nömrəsi, buraxılış ili, təyinatı, gücü və digər texniki göstəriciləri üzrə fərdi qaydada əks etdirilir. Eyni tipli, eyni qiymətli və eyni vaxtda təşkilatın struktur bölmələrindən birinə mədaxil olunmuş və əmlakın (qiymətlilərin) uçot kartlarında analitik uçotu aparılan təsərrüfat əşyalarının, alətlərin, cihazların və bu kimi aktivlərin siyahıda ümumi miqdarı göstərilməklə adları yazılır. İnventarizasiya zamanı öz yerlərində olmayan torpaq, tikili və avadanlıqların (uzaq dəniz və su səfərlərində olan gəmilər, hərəkətdə olan dəmir yolu qatarları, avtomobillər, əsaslı təmirə göndərilmiş maşın və avadanlıqlar, məsuliyyətli mühafizəyə və icarəyə verilmiş aktivlər və bu kimi digər torpaq, tikili və avadanlıqların) inventarizasiyası onların müvəqqəti xaricolma müddətləri bitdikdən sonra ayrıca aparılır və rəsmiləşdirilir. Ehtiyatların inventarizasiyası İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan ehtiyatların qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
Mühasibat uçotu subyekti tərəfindən ehtiyatların inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
Ehtiyatların inventarizasiyası onların yerləşdiyi otaqlarda aparılır. Ehtiyatlar inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, növünü, qrupunu, miqdarını, məbləğini qeyd etməlidir. Ehtiyatların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən ehtiyatlar, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən ehtiyatlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onlar mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir. Ehtiyatların (material ehtiyatlarının, hazır məhsulun, malların, satış məqsədi ilə saxlanılan digər aktivlərin və digər ehtiyatların) inventarizasiyası zamanı aşağıdakıları müəyyən etmək lazımdır:
Məsrəflərin inventarizasıyası zamanı aşağıdakılar müəyyən edilir:
Başa çatmamış əsaslı tikinti siyahılarında obyektin adı, bu obyekt üzrə yerinə yetirilmiş işin həcmi, konstruktiv elementlər, avadanlıqlar, hər bir iş növü ayrıca göstərilir və bu zaman aşağıdakıları yoxlamaq lazımdır:
Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan pul vəsaitlərinin və onların ekvivalentlərinin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
Mühasibat uçotu subyekti tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
Pul vəsaitləri və onların ekvivalentləri inventarizasiya olunarkən komissiya onlara baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir. Pul vəsaitləri və onların ekvivalentlərinin, o cümlədən milli və xarici valyutada olan pul vəsaitlərinin, qiymətli kağızların və digər ciddi hesabat blanklarının sənədlərinin inventarizasiyası onların saxlanma yerləri və maddi-məsul şəxslər üzrə həyata keçirilir. Yolda olan pul vəsaitlərinin və onların ekvivalentlərinin inventarizasiyası kredit təşkilatları və rabitə şöbələrinin çıxarışlarının (qəbzlərinin) bank inkassatorları tərəfindən pul vəsaitlərinin və onların ekvivalentlərinin təhvil verilməsinə dair müşayiət cədvəllərinin məlumatlarının mühasibat uçotu hesablarındakı məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir. Bank və xəzinə hesablarında və tələblərə əsasən verilən digər bank hesablarında olan pul vəsaitlərinin inventarizasiyası bank və xəzinə çıxarışlarının təşkilatın mühasibat uçotunun müvafiq hesablarındakı qalıq məbləğləri ilə üzləşdirilməklə həyata keçirilir. Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən aşağıdakılar müəyyənləşdirilməlidir:
Qiymətli kağızların inventarizasiyası mühasibat uçotu subyektinin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır. Qiymətli kağızların inventarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə ayrıca aparılır. Mühasibat uçotu subyektinin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki rekvizitləri uçot kitablarına məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir. Depozit qaydada banklara və ixtisaslaşdırılmış təşkilatlara saxlanılmağa verilmiş qiymətli kağızların mühasibat uçotunun müvafiq hesablarında göstərilən qalıqları saxlanılmağa verilmiş müəssisələrin çıxarış məlumatları ilə tutuşdurularaq ayrıca rəsmiləşdirilir. Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən pul vəsaitləri və onların ekvivalentləri, komissiya tərəfindən onların xüsusi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitlərinin ekvivalentləri bazar qiymətlərinə uyğun qiymətləndirilir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən pul vəsaitləri və onların ekvivalentləri mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir. Debitor borclarının inventarizasiyası İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan debitor borclarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
Mühasibat uçotu subyekti tərəfindən debitor borclarının inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır:
Debitor borcları inventarizasiya olunarkən komissiya bu aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, yaranma tarixini, təyinatını, miqdarını, məbləğini qeyd etməlidir. İnvestisiyaların inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin mülkiyyətində olan aktivlərin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində və yaxud debitor borcları üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən debitor borcları, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. İnventarizasiya komissiyası sənədli yoxlama üsulu ilə iddia müddəti keçmiş ümidsiz və şübhəli debitor borclarının siyahısını müəyyən etməlidir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən debitor borcları mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir. Kreditor borclarının inventarizasiyası İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan kreditor borclarının qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
Mühasibat uçotu subyekti tərəfindən kreditor borclarının inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
Kreditor borclarının inventarizasiya olunarkən komissiya həmin öhdəliklərin sənədlərinə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir. Kreditor borcları inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin həmin öhdəliklərin mövcudluğunu yoxlayır. Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən kreditor borcları, komissiya tərəfindən onların lazımi göstəriciləri düzgün əks etdirilməklə, uçot kitablarına daxil edilməlidir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən kreditor borcları mühasibat uçotu subyektinin balansına daxil etmək məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2018-08-25 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!