Vəzifə təlimatları

Vəzifə təlimatları müəssisənin işçilərinin təşkilati-hüquqi vəziyyətini, funksiyalarını, hüquq və vəzifələrini, məsuliyyətini, ona qarşı irəli sürülən ixtisas tələblərini müəyyən edir. Vəzifə təlimatının mətni aşağıdakı hissələrdən ibarət olur:

  1. Ümumi müddəalar - burada işçinin fəaliyyətinin sahəsi, vəzifəyə təyin edilmə və vəzifədən azad edilmə qaydaları, işçi olmadığı zaman əvəz olunma qaydaları, vəzifənin ixtisas tələbləri, işçinin tabeçiliyi (tabe olduğu şəxs, və ona tabe olan şəxslər), işçinin fəlaiyyəti zamanı mütləq bilməli olduğu və istifadə etdiyi hüquqi aktların və normativ sənədlərin siyahısı.
  2. Funksiyalar - burada işçinin fəaliyyət istiqamətləri müəyyən edilir;
  3. Vəzifə öhdəlikləri - burada işçinin üzərinə qoyulan öhdəliklər, yerinə yetirməli olduğu əmək prosedurlarının təsviri, idarəetmə prosesində iştirak forması (rəhbərlik edir, yerinə yetirir, təsdiqləyir, nəzərdən keçirir, təmin edir, nəzarət edir, hazırlayır, təqdim edir, razılaşdırır və s.)
  4. Hüquqlar - burada işçinin üzərinə qoyulmuş vəzifə öhdəliklərinin icrası zamanı öz səlahiyyətləri çərçivəsində malik olduğu hüquqları əks olunur.
  5. Məsuliyyət - burada işçinin üzərinə qoyulmuş vəzifələrinin keyfiyyətsiz və vaxtında yerinə yetirilməməsinə görə, və ona həvalə edilmiş hüquqlardan istifadə etmədiyinə görə məsuliyyətə cəlb ediməsi halları, məsuliyyət növləri və tədbirləri əks olunur.
  6. Qarşılıqlı əlaqələr və xidməti münasibətlər - burada işçinin fəaliyyəti zamanı əlaqədə olduğu və məlumat mübadiləsi apardığı vəzifəli şəxslərin dairəsi, məlumatların təqdim edilməsi və alınması müddətləri, sənədlərin imzalanması, razılaşdırılması və təsdiqlənməsi qaydaları müəyyən edilir

Vəzifə təlimatları struktur bölmənin rəhbəri tərəfindən, əgər müəssisədə struktur bölmələr yoxdursa, o zaman, bu vəzifədə çalışan mütəxəssis tərəfindən hazırlanır və imzalanır, müəssisənin hüquqşunası ilə razılaşdırılır, və müəssisə rəhbəri tərəfindən təsdiqlənir. İşəgötürən əmək müqaviləsi imzalanmazdan əvvəl işçini vəzifə təlimatı ilə tanış etməlidir. Vəzifə təlimatı işçinin tanış olması üçün ona verilir və işçi tərəfindən imzalanır. İşçi vəzifə təlimatı ilə tanış olaraq, onu imzaladığı andan etibarən başqa vəzifəyə keçirilənə və ya işdən çıxarılana qədər təlimatın tələblərini yerinə yetirməlidir.

Vəzifə təlimatlarına dəyişikliklər müəssisənin restrukturizasiyası, ştatların ixtisarı və s. hallarda yalnız müəssisə rəhbərinin əmri əsasında edilir.

Vəzifə təlimatları aşağıdakı hallarda mütləq dəyişdirilməli və yenidən təsdiqlənməlidir:

  • müəssisənin və ya struktur bölmənin adı dəyişdirildikdə;
  • vəzifənin adı dəyişdirildikdə;
  • işçinin adı və soyadı dəyişdirildikdə (əgər vəzifə təlimatı müəyyən şəxs adına hazırlanmışdırsa və işçinin adı və soyadı onda əks olunmuşdursa);

Vəzifə Təlimatını yükləmək (Nümunəvi forma).

Baş mühasibin vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Baş mühasibin müavininin vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Mühasibin vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Mühasibin (orta-peşə ixtisas) vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Kadrlar şöbəsinin müdirinin vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Anbardarın vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Xəzinədarın vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Katibənin vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Kompüter operatorunun vəzifə təlimatını yükləmək (Nümunəvi forma).

Yazı sonuncu dəfə 2019-03-06 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!