İş vaxtı

İş vaxtı - işçilərin öz əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

İş vaxtının müddətini hər bir müəssisə öz daxili intizam qaydalarına uyğun olaraq müstəqil təyin edə bilər.

İş vaxtının müddəti işçi ilə bağlanılan əmək müqaviləsində mütləq göstərilməlidir.

Tam iş vaxtı — həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

İş vaxtı normasından artıq müəyyən edilən iş bəzi hallarda baş verə bilər - iş vaxtından artıq vaxtda görülən işlərdə, əvəzetmə işi, natamam iş vaxtı.

İş vaxtı normasının qısaldılması yalnız ayrı-ayrı işçi kateqoriyasın aid olan işçilər üçün nəzərdə tutulub (16-18 yaşadək işçilər, əlillər, əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər və s.).

İşçilərin iş vaxtının müddətini nəzarət altında saxlamaq üçün işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.

Vaxtamuzd əmək haqqı formasında iş vaxtının uçotunu tabellərə əsasən (T-12 və T-13 N-li formalar) tabelçi aparır.

İş vaxtı tabelində üzürlü və üzürsüz səbəblərdən işə çıxmamaq, gecikmə və ya xəstəlik halları, iş vaxtından artıq işləmə, məzuniyyət, ezamiyyətlərin uçotu aparılır. İş vaxtının uçotu tabeli işçilərə əmək haqqının hesablanmasına əsas verir.

Aylıq əmək haqqını müəyyən etmək üçün müəyyən olunmuş tarif norması işlənən (saatlar nəzərə alınmaqla) günlərin sayına vurulmalıdır.

Yazı sonuncu dəfə 2018-02-19 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!