Məcburi işburaxma müddəti əməyin ödənilməsi

Müəssisə işçinin yalnız məcburi işburaxma müddətinə görə əmək haqqını ödəyə bilər. İşçinin təqsiri üzündən olan işburaxma müddəti ödənilmir.

Məcburi işburaxma müddəti (proqul) - müəssisənin təqsiri üzündən işçinin öz əmək funksiyalarını yerinə yetirilməsi mümkün olmadığı müddətə deyilir.

Belə vəziyyət aşağıdakı hallarda baş verə bilər:

  • işçi qanunsuz olaraq işdən azad edildikdə;
  • müəssisə işdən azad edilən işçiyə vaxtında əmək kitabçası vermədikdə.

Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə əmək mübahisəsinə baxan təşkilat işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edir, lakin ödəniş müddəti ən çox bir il ola bilər.

Əgər məhkəmə qərarına əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerində bərpa edilməli, və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödəməlidir.

Bundan başqa, əgər müəssisə işçiyə onun işdən azad edilməsi günü əmək kitabçasını verməyibsə, və bu səbəbdən də o yeni işə düzələ bilməyibsə, o zaman, işdən azad edilmə günüdən başlayaraq əmək kitabçasının verilməsi gününədək müddət məcburi işburaxma müddəti hesab edilir.

Belə ki, AR Əmək Məcəlləsinin 172.6-cı maddəsinə əsasən:

İşçinin əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.

Orta əmək haqqının hesablama qaydasına bu linkdən baxa bilərsiniz.

Yazı sonuncu dəfə 2018-07-15 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!