Digər hallar

Əmək haqqının ödənilməsinin xüsusi hallarına aşağıdakıları da əlavə etmək olar:

Hasilat normaları yerinə yetirilmədikdə əməyin ödənilməsi qaydası

AR Əmək Məcəlləsinin 167-ci maddəsinə əsasən:

İşçinin təqsiri olmadan hasilat normaları yerinə yetirilmədikdə, faktiki olaraq yerinə yetirilmiş iş üçün haqq verilir. Bu halda aylıq əmək haqqı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmamalıdır.

Yeni istehsal (məhsul buraxılışı) zamanı əmək haqqının ödənilməsi şərti

AR Əmək Məcəlləsinin 170-ci maddəsinə əsasən:

Yeni istehsalın (məhsul buraxılışının) başlandığı gündən onun tam mənimsənildiyi dövr ərzində işçilərin əmək haqqının miqdarı əvvəlkindən az olarsa, onların əvvəlki orta əmək haqqı saxlanılır. Bu halda əmək haqqının saxlanıldığı dövrün konkret müddəti və onun tətbiq edildiyi işçilərin dairəsi işəgötürən tərəfindən müəyyən edilir.

Natamam iş vaxtında əməyin ödənilməsi

AR Əmək Məcəlləsinin 171-ci maddəsinə əsasən:

Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Yazı sonuncu dəfə 2018-07-15 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!