Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)
Bakı
0.4
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu
0.3
Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri
0.2
Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)
0.1
Misal.
Fiziki şəxsin Bakı şəhərinin mərkəzindəki mənzilinin sahəsi 73 kv.m-dir. Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən 30 kv.m vergi tutulmur, qalan sahədən isə, yani 43 kv.m-dən hər kv.m-yə görə 0.40 AZN, və əgər müvafiq icra hakimiyyətinin qərarı ilə həmin ərazıdəki binalara 1.5 əmsalı tətbiq edilirsə, o zaman vergi belə hesablanacaq:
43 * 0.40 * 1.5 = 25.80 AZN
su və hava nəqliyyatı vasitələrinə görə:
su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;
hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.
mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.
Müəssisələrin əmlak vergisi
Müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin orta illik qalıq dəyərindən1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.