Transfer qiymətiTransfer qiymətqoyması - bazar qiymətlərindən fərqli olan transfer qiymətlərinin müəyyən edilməsidir. Transfer qiymətqoyması qarşılıqlı surətdə asılı olan, adətən bir holdinqə (şirkətlər qrupuna) aid olan, şəxslər arasından əməliyyatların aparılması üçün istifadə edilir. Beləliklə, transfer qiyməti - bir qrupa daxil olan şirkətlər arasında əməliyyatların aparılması zamanı istifadə edilən qiymətdir. Və bu cür müəssisələr arasında qiymətlərin təyin edilməsi transfer qiymətqoyması adlandırılır. Transfer qiymətqoyması hansı məqsədlər üçün istifadə edilə bilər. Transfer qiymətləri şirkətlər qrupunun ümumi mənfəətini daha aşağı vergi dərəcəsi olan ölkələrdə (ərazılərdə) olan şirkətlərin xeyrinə bölüşdürülməsi üçün istifadə edilir. Bu üsul vergilərin ən sadə və geniş yayılmış minimallardırılmsı sxemidir. Və bu səbəbdən də, hər-bir dövlətin vergi orqanları bu cür əməliyyatlara daha diqqətlə yanaşır. Vergi nəzarəti AR Vergi Məcəlləsində treansfer qiyməti anlayışı aşağıdakı kimi müəyyən edilir: Transfer qiyməti - aşağıda göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymət:
Yuxarıda qeyd edilən şəxslər arasındakı həyata keçirilən əməliyyatlar nəzarət olunan əməliyyatlar sayılır. Vergi ödəyicisi tərəfindən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi ödəyicisi və vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır. Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir:
Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən bu Məcəllənin 14.6.1-ci maddəsinin müddəaları tətbiq edilir. Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin bu Məcəllədə göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası AR Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. Transfer qiymətlərinin müəyyən edilməsi üsulları Transfer qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı üsullarından istifadə edilir:
Transfer qiymətinin müəyyən edilməsi üçün mümkün olduğu bütün hallarda bu Qaydaların 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş qiymətlərin müqayisəsi üsulu tətbiq edilməlidir.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi, Maddə: 13.2.65, 14-1 Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları Yazı sonuncu dəfə 2019-02-22 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!