Elektron vergi hesab-fakturalarıDİQQƏT!!! 01.01.2020 tarixindən AR Vergi Məcəlləsinin 176-cı maddəsi ləğv edilərək "Elektron Vergi Hesab Faktura"-ların istifadəsi dayandırılıb. 01.01.2020 tarixindən etibarən vergi ödəyiciləri ƏDV məqsədləri üçün yalnız elektron qaimə faktura təqdim etməlidirlər. Elektron vergi hesab-fakturası elektron formada hazırlanan sənəddir. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə verilir. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturanı verməyə hüququ yoxdur.Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) Nazairlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş elektron vergi hesabfakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur. Qeyd edək ki, verginin ödəyicisi EVHF gec də verə bilər. Bu zaman, vergi ödəyicisinə vergi qanunvericiliyində heç bir sanksiya nəzərdə tutulmayıb. Elektron VHF özündə aşağıdakı məlumatları əks etdirir:
Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə AR Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Elektron vergi hesab-fakturalarının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. Elektron vergi hesab-fakturası yalnız əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilə bilər. Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra AR Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər. Bu sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir və əvəzləşdirildikdə etibarsız hesab edilir. Lakin, alıcılar (vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş) elektron vergi hesab-faktura tələb edərlərlərsə vergi ödəyicisi onu təqdim etməlidir. Belə ki, mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə AR Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılmış elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri (gömrük bəyannaməsi) ödənişin formasından (nəğd, köçürmə, depozit hesabından) asılı olmayaraq ƏDV-nin əvəzləşdirilməsinə əsas verir. İdxal əməliyyatında elektron vergi hesab-faktura təqdim edilmir.
Misal.
ƏDV ödəyicisi olan müəssisə xaricdən mallar idxal etmişdir. İdxal edilən mallara görə 5 000 AZN ƏDV hesablanmışdır. Müəssisə bu məbləği gömrük orqanlarına nəğd ödəmişdir. Ödənişin formasından asılı olmayaraq müəssisə gömrük orqanlarına nəğd ödədiyi 5 000 AZN ƏDV məbləğini əvəzləşdirə bilər.
Normativ-hüquqi aktlar:
AR Vergi Məcəlləsi. Maddələr: 176 Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları Yazı sonuncu dəfə 2020-01-02 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!