Əmlak vergisi: Vergi ödəyiciləriMülkiyyətində vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Azərbaycan Respublikasının ərazisində sahibliyində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq) olan rezident və qeyri-rezident fiziki şəxslər, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq xüsusi mülkiyyətində su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir. Rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2022-02-01 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!