Qeyri-maddi aktivlərə istifadə hüququnun verilməsi

Qeyri-maddi aktivlərə (ixtira, proqram təminatı və s.) müstəsna mülkiyyət hüququna malik olan müəssisələr, onların mülkiyyəti olan qeyri-maddi aktivlərdən istifadə hüququnu başqa müəssisələrə təqdim edə bilərlər.

Müqaviləyə əsasən istifadəçi qeyri-maddi aktivin sahibinə aylıq, illik istifadə haqqı ödəyir.

Qeyri-maddi aktivə müstəsna mülkiyyət hüququ olan müəssisə onu öz balansında saxlayır və hər il ümumi qaydada ona amortizasiya hesablayır.

Bu cür gəlirlər mühasibat uçotunda 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabın debeti və 601 "Satış", 611 "Sair əməliyyat gəlirləri" hesabların kreditində əks olunur.

Misal

A Müəssisəsinin balansında qeyri-maddi aktiv var - ixtira. Onun illik amortizasiyası 2 000 manatdır.

Cari ildə A müəssisəsi B müəssisəsinə bu ixtiradan 1 illik istifadə hüququnu vermişdir. Müqaviləyə əsasən B müəssisəsi A müəssisəsinə hər ay 500 manat məbləğində lisenziya ödənişləri etməlidir.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İxtiradan istifadə hüququnun satılması - 1 ay 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 611 "Sair əməliyyat gəlirləri" 500
2 İxtiradan istifadə hüququnun məbləğinin daxil olması. 223 "Bank hesablaşma hesabları" 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" 500
3 Qeyri-maddi aktiv olan ixtiranın amortizasiyası 731 "Sair əməliyyat xərcləri" 102 "Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 2 000


Yazı sonuncu dəfə 2019-05-01 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!