Gecə vaxtı işə görə əmək haqqının ödənilməsiİstehsal məqsədləri üçün müəssisələr işçiləri gecə vaxtı işlərə cəlb edə bilərlər, və ya elə sahələr var ki, orada işlərin dayanmadan, fasiləsiz görülməsi tələb olunur. Qanunvericilikdə qeyd edilməyib hansı hallarda işçiləri gecə vaxtında işə cəlb etmək olar. Gecə vaxtı işə görə müəssisə işçilərinə əmək haqqına əlavə ödəməlidir. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Lakin, nəzərdə saxlamaq lazımdır ki, bir işçinin ümumi iş vaxtı (gecə vaxtı daxil olmaqla) həftədə 40 saatdan artıq ola bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.
Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Tibbi Sosial Ekspert Komissiyaları vasitəsi ilə) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. İşçilər gecə vaxtı işlərə müəssisə rəhbərinin əmri ilə cəlb edilirlər. Əmrdə gecə vaxtı işləyən işçilərin siyahısı və əmək haqqına əlavə qeyd edilir. Əmr bu formada ola bilər:
Gecə vaxt işçilərin işlərə cəlb edilməsi əmri Gecə vaxtı işə görə əmək haqqına əlavənin hesablanması Gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. AR Nazirlər Kabinetinin 05.04.2001-ci il 74 saylı qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizindən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə əlavə haqq ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir. Gecə vaxtı yerinə yetirilən işlərə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır. Gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı belə iş şəraitli bütün kateqoriyadan olan (rəhbərlər, mütəxəssislər, texniki icraçılar və fəhlələr) işçilərə ödənilir. Gecə vaxtı işə görə əmək haqqına əlavənin hesablanması əmək haqqının hesablama sistemidən asılıdır:
Vaxtamuzd sistemində gecə vaxtı işə görə əmək haqqının ödənilməsi Əməyin vaxtamuzd ödənilmə sistemində gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizindən aşağı olmamaqla əlavə haqq müəyyən edilir. Gecə vaxtı işə görə əlavə əmək haqqı bu cür hesablanmalıdır:
Gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Qeyd etmək lazımdır ki, işçinin daha çox əlavə haqq tələb etmək hüququ var.
Misal
Müəssisədə çalışan işçinin əmək haqqısı 980 manat təşkil edir. İşçi 2017-ci il sentyabr ayının 25 müəssisənin rəhbərinin əmri ilə müştərilərdən alınan sifarişin vaxtında hazırlanması üçün gündüz vaxtı deyil, gecə vaxtı 8 saat işə cəlb olunub. Müəssisə rəhbərinin əmri ilə gecə vaxtı işə görə işçilərə hər saata görə əmək haqqı saatlıq tarif (vəzifə) maaşının 20% məbləğində əlavə haqq hesablanmalıdır. Onu da qeyd edək ki, müəssisədə çoxnövbəli iş rejimi yoxdur. Bu zaman işçiyə hesablanan əsas və əlavə əmək haqqları bu cür hesablanacaq:
2017-ci ilin istehsalat təqviminə görə 2017-ci ilin Sentyabr ayında 152 iş saatı var. 1 saatlıq tarif (vəzifə) maaşı = 980 / 152 = 6.45 manat Beləliklə, işçi 2017-ci ilin sentyabr ayında gecə vaxtı işə görə əlavə olaraq alacaqdır: 25.09.2017 tarixində gecə vaxtı 8 saat işlədiyinə görə:
İşçi 2017-ci ilin sentyabr ayında əmək haqqı və gecə vaxtı işə görə alacaqdır: 980 + 10.32 = 990.32 manat İşəmuzd sistemində gecə vaxtı işə görə əmək haqqının ödənilməsi Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizindən az olmamaqla əlavə haqq müəyyən edilir. Əməyin işəmuzd ödənilmə sistemində gecə vaxtı işə görə əmək haqqının hesablanması qaydası əmək müqaviləsində və ya kollektiv müqavilədə qeyd edilə bilər. Qeyd etmək lazımdır ki, işçinin daha çox əlavə haqq tələb etmək hüququ var. İşçinin saatlıq tarif (vəzifə) maaşı ştat cədvəlində qeyd edilir.
Misal
Müəssisədə hər istehsal edilən məhsula görə işçiyə 5 manat əmək haqqı hesablanır. İşçilər 3 növbəli iş rejimi ilə çalışırlar. Müəssisənin işçilər ilə bağladığı müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. İşçi 2017-ci il aprel ayında 190 ədəd məhsul hazırlamışdır. İşçi 2017-ci ilin aprel ayında 160 saat işləmişdir. Bunlardan 50 saat axşam növbəsində, 50 saat gecə növbəsində və 60 saat gündüz növbəsində işləmişdir. Ştat cədvəlinə görə işçinin 1 saatlıq tarif (vəzifə) maaşı 7 manatdır. Bu zaman işçiyə hesablanan əsas və əlavə əmək haqqları bu cür hesablanacaq: İşçinin əsas əmək haqqısı: 190 * 5 manat = 950 manat Axşam növbəsində işlərə görə əlavə haqq olacaqdır: 50 * 7.50 * 20% = 75 manat Gecə növbəsində işlərə görə əlavə haqq olacaqdır: 50 * 7.50 * 40% = 150 manat Beləliklə, işçi aprel ayında alacaqdır: 950 + 75 + 150 = 1 175 manat
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!