701 Satışın maya dəyəri

701 saylı "Satışın maya dəyəri" hesabı satılmış malların, görülmüş işlərin və xidmətlərin maya dəyəri barədə məlumatları toplamaq üçün nəzərdə tutulub. Bu hesaba aşağıdakı subhesablar açıla bilər:

  • 701-1 Xammal;
  • 701-2 Təkrar satış məqsədilə saxlanılan mallar;
  • 701-3 İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;
  • 701-4 İstehsal aktivlərinin amortizasiyası;
  • 701-5 Satışın digər maya dəyəri xərcləri

Maya dəyəri - malların istehsalı, xidmətlərin və işlərin görülməsinə sərf edilən xərclərdir.

Satışın maya dəyəri - mühasibat hesabatlarında (Mənfəət və zərər haqqında hesabatda) vacib göstəricilərdən birisidir. Satışdan olan gəlir (601-ci hesab) çıxılsın satışın maya dəyəri (701-ci hesab) bərabərdir Ümumi mənfəətə(zərərə) (801-ci hesab).

"Satışın maya dəyəri" (701-ci hesabda) hesabında 601-ci hesabda "Gəlir" hesabında tanınan satılmış malların maya dəyəri tanınır.

Satılmış malların (görülmüş işlərin, xidmətlərin) maya dəyəri 701-ci "Satışın maya dəyəri" hesabının debetinə yazılır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Satılan hazır məhsulun maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 204 "Hazır məhsul" -
2 Görülmüş işlərin, göstərilmiş xidmətlərin maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 202 "İstehsalat xərcləri" -
3 Satılmış malların maya dəyəri silinir 701 "Satışın maya dəyəri" 205 "Mallar" -
4 Satılmış mallara aid kommersiya xərcləri silinir 701 "Satışın maya dəyəri" 711 "Kommersiya xərcləri" -

Hər ayın sonunda 701-ci hesabın debeti üzrə dövriyyə 601-ci hesabın kredit dövriyyəsi ilə müqaisə edilir, və ay üzrə mənfəət (zərər) hesablanır.

Yazı sonuncu dəfə 2018-08-16 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!