412 Uzunmüddətli zəmanət öhdəlikləri

412 "Uzunmüddətli zəmanət öhdəlikləri" hesabı satılmış malların zəmanətli təmirinə görə alıcılar qarşısında uzunmüddətli öhdəlikləri (12 aydan çox) ümumiləşdirmək üçün nəzərdə tutulub.

Qiymətləndirilmiş uzunmüddətli zəmanət öhdəlikləri 711 "Kommersiya xərcləri" hesabın debetində və 412 "Uzunmüddətli zəmanət öhdəlikləri" hesabınının kreditində əks olunur. Xərclər faktiki olaraq çəkildikcə müəyyən məbləğlər 412 "Uzunmüddətli zəmanət öhdəlikləri" hesabından müvafiq hesabların debetinə silinir (202 "İstehsalat xərcləri", 205 "Mallar", 221 "Kassa" və s.).

Zəmanət müddəti bitdikdən sonra zəmanətə görə ehtiyatda qalan məbləğ mənfəətə aid edilir. Bu zaman 412 "Uzunmüddətli zəmanət öhdəlikləri" hesabın debeti və 801 "Ümumi mənfəət (zərər)" hesabın krediti üzrə müxabirləşmələr edilir.

Misal. Müəssisə avtomobil akumulyatorlarının satışı ilə məşğuldur və satılmış akumulyatorlara 3 illik zəmanət verir. Zəmanət şərlətinə görə zəmanət müddətində akumulyator sıradan çıxarsa müəssisə onu pulsuz dəyişməyinə zəmanət verir. Keçmiş təcrübəyə əsasən satılan akumulyatorların 5% zəmanət ilə dəyişilməsi üçün geri qaytarılır. Akumulyatorların orta qiyməti 80 manatdır. İl ərzində 2 550 akumulyator satılmışdır. Və 90 ədəd akumulyator müştərilər tərəfindən qaytarılmışdır və müəssisə tərəfindən dəyişdirilmişdir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Uzunmüddətli zəmanət öhdəliyinin yaradılması (2 550*5%*80 = 10 200) 711 "Kommersiya xərcləri" 412 "Uzunmüddətli zəmanət öhdəlikləri" 10 200
2 Zəmanət ilə akumulyatorların dəyişdirilməsi. 412 "Uzunmüddətli zəmanət öhdəlikləri" 205 "Mallar" 7 200


Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!