502 İşçilər üçün qısamüddətli bank kreditləri502 "İşçilər üçün qısamüddətli bank kreditləri" hesabı müəssisənin işçilərinə borc vermək, həmçinin kreditə (nisyə) satılmış mallara görə ticarət təşkilatlarına ödəniləsi məbləğlər üçün müəssisənin aldığı qısamüddətli (12 aydan az) bank kreditlərinin vəziyyəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Müəssisənin işçilərinə kreditə (nisyə) satılmış mallara görə hesablaşma sənədləri bank tərəfindən ödənildikdə 502 "İşçilər üçün qısamüddətli bank kreditləri" hesabının kreditinə, 213 "İşçi heyətinin qısamüddətli debitor borcları" hesabının debetinə yazılış edilir. Kredit götürən işçilərdən alınan ödənişlər 213 "İşçi heyətinin qısamüddətli debitor borcları" hesabının kreditində və, borcun ödənilməsi qaydasından asılı olaraq, 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və ya 533 "İşçi heyətinə qısamüddətli kreditor borcları" hesabların debetində əks etdirilir. 502 "İşçilər üçün qısamüddətli bank kreditləri" hesabının analitik uçotu kreditlərin növü, onları verən banklar və ayrı-ayrı kreditlər üzrə aparılır. Misal. Müəssisədə çalışan bir qrup işçi elektronika malları satan mağazadan kreditə 24 000 manatlıq elektronika malları almışdır. Kredit müqaviləsinə əsasən müəssisə kredit məbləğini 6 aya ödəyəcəkdir, və işçilər aldıqları aylıq əmək haqqlarından bu kreditin məbləğini 1 il ərzində hissə-hissə müəssisəyə ödəyəcəklər
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!