532 Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borclarıTəchiz olunmuş mallara və ya göstərilmiş xidmətlərə görə törəmə müəssisələrə hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan məbləğlər 20 N-li Milli Mühasibat Uçotu Standartına əsasən "Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları" adlı 532 nömrəli hesabda göstərilir. 532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları" hesabının krediti faktiki daxil olmuş mal-material qiymətlilərinin, qəbul edilmiş işlərin və istifadə olunmuş xidmətlərin dəyəri qədər bu qiymətliləri və müvafiq məsrəfləri uçota alan hesabların debeti ilə müxabirləşir. 532 "Törəmə(asılı) müəssisələrə qısamüddətli kreditor borcları" hesabı üzrə ödənişlər hesabın debetində və müvafiq pul hesablarının kreditində əks olunur. Misal. Müəssisə öz törəmə müəssisəsindən 29 500 manatlıq (ƏDV daxil) reklam xidməti gəbul edib. Xidmət haqqı bağlanmış müqaviləyə əsasən 1 il ərzində törəmə müəssisəyə ödəniləcək.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 0000-00-00 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!