Müəssisə tərəfindən ödənilmiş əlavə dəyər vergisi "Əvəzləşdirilən əlavə dəyər vergisi" adlı hesablar planının 241-ci hesabında uçota alınır.
241 "Əvəzləşdirilən ƏDV" hesabının debeti üzrə əldə edilmiş material ehtiyatları, azqiymətli və tezköhnələn əşyalar, qeyri-maddi aktivlər və
əsas vəsaitlərə görə müəssisə tərəfindən ödənilmiş (ödəniləcək) vergi məbləği hesablaşma və ya pul vəsaitlərinin uçota alan hesablarla müxabirələşdirilərək əks etdirilir.
241 "Əvəzləşdirilən ƏDV" hesabında toplanmış əlavə dəyər vergisinin silinməsi qaydası qanunverici və digər normativ aktlarla tənzimlənir. Mühasibat uçotunda bu əməliyyat 241 "Əvəzləşdirilən ƏDV"
hesabının kreditində, bir qayda olaraq 521-2 "Vergi öhdəlikləri-ƏDV" hesabı ilə müxabirələşdirilərək əks etdirilir.
Misal. Müəssisə malgöndərəndən 29 500 AZN (ƏDV daxil) xammal və material almışdır. Alınmış materiallara görə müəssisə həmin ayda malgöndərənə ödəniş etmişdir.
N
Əməliyyatın məzmunu
Debet
Kredit
Məbləğ
1
Xammal və materialların alışı
201 "Xammal və materiallar"
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
25 000
2
Alınmış xammal və materialların ƏDV-si
241 "Əvəzləşdirilən ƏDV"
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
4 500
3
Müəssisənin alınnış xammal və materiallara görə ödənişi-əsas məbləğ
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
223 "Bank hesablaşma hesabları"
25 000
4
Müəssisənin alınnış xammal və materiallara görə ödənişi-ƏDV
531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"