411 İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər

411 "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər" hesabında müəssisənin keçmiş işçiləri qarşısında uzunmüddətli müavinətlərin və başqa ödənişlərin verilməsi ilə bağlı olan öhdəlikləri uçota alınır. Misal üçün, müəssisədə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr tərəfindən təyin edilmiş müavinətlər.

Müəssisənin keçmiş işçilərinə olan uzunmüddətli müavinət və öhdəlikləri cari hesabat dövründə 411 "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər" hesabının kreditində və 731 "Sair əməliyyat xərcləri" hesabın debetində əks olunur.

Müavinətlər və öhdəliklər ödənilərkən müxabirləşmə 411 "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər" hesabın debetində və pul hesablarının kreditində aparılır.

Misal.

Müəssisədə çalışan 5 nəfər işçi müəssisədə təhlükəsizlik qaydalarına ciddi riayət olunmadığı üçün sexdə baş verən partlayış zamanı xəsarət almışdılar və nəticədə əlil olmuşdurlar. Müəssisə bu işçilərə müalicə aldıqları müddətində müalicə xərcləri və aylıq müavinət ödəyəcəkdir.



N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xəsarət almış keçmiş işçilərə müavinətin hesablanması 341 "Hesabat dövründə xalis mənfəət (zərər)" 411 "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər" 25 000
2 Xəsarət almış işçilərə aylıq müavinətin verilməsi. 411 "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər" 223 "Bank hesablaşma hesabları" 1 000


Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!