Sual - Cavab


Sual ver  |  Bütün suallar

Zərərin keçirilməsi

Orxan Həşimov Səfər, eleskerovcavidan@gmail.com, Bakı (05.06.2018) (ID: 17096)

Sualım mənfəət vergisindən azad olunan fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin zərər etdiyi hal ilə bağlıdır. Belə ki, bu halda vergi ödəyicisi həmin zərəri növbəti 5 ilə keçirə bilərmi? Misal üçün, vergi ödəyicisi sənaye parkında qeydiyyatdadır və 7 il müddətinə mənfəət vergisindən azaddır. Əgər vergi ödəyicisi 6-cı ildə zərər edərsə, yəni gəlirdən çıxıla bilən xərcləri əldə etdiyi gəlirindən çox olarsa, bu zərəri növbəti 5 ilə keçirmək hüququ vardırmı? Eyni zamanda, cavabınızın birbaşa hansı maddə ilə əlaqəli olduğunu qeyd etməyinizi sizdən xahiş edirik.

Mənbə: www.taxes.gov.az

2018-06-06 | Vergilər | Baxılıb: 3382 dəfə

Əmlak vergisi

Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını almış şəxsin mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?

2018-05-31 | Vergilər | Baxılıb: 8136 dəfə

Elektron qaydada ödənilən vəsaitdən ƏDV-nin tutulması

Xaricdə təhsil alan tələbənin yataqxana xərcləri ilə bağlı elektron qaydada üdənilən vəsaitdən bank tərəfindən ƏDV tutulmalıdırmı?

2018-05-29 | Vergilər | Baxılıb: 2740 dəfə

Ödəmə mənbəyində vergi

İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu?

2018-05-22 | Vergilər | Baxılıb: 2823 dəfə

Gəlirdən çıxılan xərclər

İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan so

2018-05-14 | Vergilər | Baxılıb: 4286 dəfə

Ödəmə mənbəyində tutulan vergilər

Rezident müəssisənin ona göstərilən xidmətlərlə bağlı Andorrada təsis edilmiş şirkətə etdiyi ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?

2018-05-14 | Vergilər | Baxılıb: 3351 dəfə

NKA və POS-terminalların quraşdırılması

Mehmanxanalarda nəzarət-kassa aparatı (NKA) və POS-terminal quraşdırılmalıdırmı?

2018-04-18 | Mühasibat uçotu | Baxılıb: 3153 dəfə

Yaşayış sahəsinin təqdim edilməsi

Fiziki şəxs 4 il ərzində qeydiyyatda olduğu yaşayış sahəsini təqdim edən zaman hansı vergi öhdəlikləri yaranır?

2018-04-13 | Vergilər | Baxılıb: 3106 dəfə

ƏDV-nin əvəzləşdirilməsi

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər tərəfindən həmin fəaliyyət üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?

2018-04-04 | Vergilər | Baxılıb: 3161 dəfə

Elektron qaimə-faktura

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə kitab nəşri ilə bağlı xidmətlər göstərildiyi halda, sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?

2018-03-15 | Vergilər | Baxılıb: 3971 dəfə

Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?

İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

  1. Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?
  2. Silinən və ya ləğv edilən mallar gəlirdən cıxılacaq və ya zərər kimi qeyd ediləcək?
Nəzərə alın ki, əskik gələn mallar işçinin əmək haqqısından tutulmayacaq. Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.

2018-03-12 | Vergilər | Baxılıb: 3890 dəfə

Xarici ölkədə keçirilən lotereyalardan uduşların vergiyə cəlb edilməsi.

Fiziki şəxs xarici ölkədə keçirilən lotereyaya qatılır. Pul məbləği udur. Bu zaman pul məbləğinin Azərbaycana köçürülməsi zamanı hansı vergiyə cəlb edilir, əlavə olaraq, əgər pul məbləği uduş mənbəyi olan ölkədə vergiyə cəlb olunubsa və həmin ölkə ilə Azərbaycan Respublikası arasında ikiqat vergitutmaya dair saziş varsa vergi tətbiq edilirmi? Əvvəlcədən təşəkkürlər.

2018-03-09 | Vergilər | Baxılıb: 2490 dəfə

Daşınmaz əmlakın icarəyə verilməsi

Hüquqi şəxs tərəfindən daşınmaz əmlakın vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsə icarəyə verilməsi zamanı mənfəət vergisi və ya ödəmə mənbəyində tutulan vergi üzrə hansı vergi öhdəlikləri yaranır?

2018-03-07 | Vergilər | Baxılıb: 3301 dəfə

Məbləğin NKA-ya mədaxil edilməsi

İctimai iaşə obyektində ödəniş POS-terminal vasitəsilə nağdsız qaydada aparıldıqda həmin məbləğ NKA-ya mədaxil edilməlidirmi?

2018-03-01 | Vergilər | Baxılıb: 2814 dəfə

Ümidsiz borcların silinməsi

Sualım ümidsiz borclara aiddir. Müəssisənin uzun illər ərzində ödənilməmiş (mühasibat balansında, mənfəət vergi bəyannaməsində hər il göstərilir) debitor borcları yığılıb qalır. Debitor borclar əsasən 2000- 2003-cü ilədək olan borclardan ibarətdir. Müəssisə həmin umidsiz borc olan debitor borclarını vergi ilində xərclərinə salaraq silmək istəyir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən "Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir". Müəssisə debitor borc məbləğini mühasibat kitablarında silmək istəyir. Çünki debitor borcu olan müəssisələr ya ləğv edilib, ləğv edilməyənlər də işlərinin olmaması,və s. bəhanələrlə ödəməyiblər. Borcların iddia müddəti keçdiyinə görə məhkəməyə də müraciət etmək olmur. Xahiş edirəm Vergi Məcəlləsinin Maddə 111. "Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması" maddəsi mənə misallarla izah edərdiniz. Ümidsiz debitor borcların xərcə salınaraq silinməsinin müddəti varmı?

2018-02-22 | Vergilər | Baxılıb: 5340 dəfə

Kənd təsərrüfatı məhsullarının satışı

Vergi ödəyicisi həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Bu halda hansı vergi öhdəlikləri yaranır?

2018-02-21 | İqtisadiyyat | Baxılıb: 3763 dəfə

Malların təsərrüfatdaxili yerdəyişməsi

Məhsulların istehsalını və satışını həyata keçirən müəssisə tərəfindən həmin məhsulların anbardan pərakəndə ticarət obyektlərinə verilməsi hansı qaydada rəsmiləşdirilməlidir?

2018-02-07 | Mühasibat uçotu | Baxılıb: 2863 dəfə

Əməkhaqqından vergi

Həyatın yığım sığortası üzrə sığortalanan işçinin əməkhaqqından vergi hansı qaydada tutulur?

2018-01-31 | Vergilər | Baxılıb: 3358 dəfə

Əmlak vergisi

Müharibə əliliyəm. Mülkiyyətimdə olan yaşayış sahəsinə görə əmlak vergisi hansı qaydada hesablanır və ödənilir?

2018-01-24 | Vergilər | Baxılıb: 3046 dəfə

Məzuniyyətə görə kompensasiya məbləği

İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayiş minimumu nəzərə alınmalıdırmı?

2018-01-22 | Vergilər | Baxılıb: 3173 dəfə

Səhifələr: <<   <   3   4   5   6   7   >   >>  

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!