Sual - Cavab
Sual ver | Bütün suallar
| Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə...
Təsisçi payının 50 faizini fiziki şəxsə əvəzsiz verirsə, bu halda həm müəssisə, həm fiziki şəxs üçün hansı vergi öhdəlikləri yaranacaq?
|
|
| Xaricə mal satışı zamanı bank hesablaşmaları
Xaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ dolları daxil olur. Gəlir kimi mənfəət vergisi bəyannaməsinin 200-ci sətirində 10.000 ABŞ dollarının manat ekvivalenti olan 17.000 manat, yoxsa 9.970 ABŞ dollarının manat ekvivalenti olan 16.949 manat yazılır?
|
|
| Mallar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır?
Müəssisə ƏDV ödəyicisidir. İdxal etdiyi mallara görə gömrükdə ödənilən ƏDV büdcədən əvəzləşdirilir. Gələcəkdə satışla əlaqədar olaraq bəzi modellərin qiymətinin ucuzlaşdırılması hallarına rast gəlinir və belə olan halda maya dəyərindən aşağı qiymətə satılır. Mallar maya dəyərindən aşağı qiymətə satılarkən hansı ƏDV öhdəliyi yaranır?
|
|
| Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəştlər
Əməkhaqqından tutulan gəlir vergisi üzrə güzəşt kimlərə şamil edilir?
|
|
| Əmlak icarəsi
Əmlak icarəsindən gəlir əldə edən şirkət hansı vergi növünün ödəyicisidir?
|
|
| Vergitutma məqsədləri üçün xərcin aid olduğu dövrün müəyyən edilməsi
aimi əsaslarla göstərilən xidmətlər üçün elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab faktura (EVHF) həmin ay ərzində və ya ay sonu deyil, növbəti ayda təqdim edilir. Bu zaman vergitutma məqsədləri üçün xərcin aid olduğu dövr EQF (EVHF) təqdim edildiyi dövr (EQF-nın və ya EVHF-nın tarixi), yoxsa xidmətin göstərildiyi dövr olmalıdır? Bu halda vergi ödəyicisi vergitutma məqsədləri üçün xidməthaqqı xərcini dekabr 2019-cu ilə, yoxsa EQF-nin təqdim edildiyi yanvar 2020-ci ilə aid etməlidir?
|
|
| Əmlakın dəyişdirilməsi zamanı vergi öhdəliyi
Vergi Məcəlləsində ev satışı zamanı vətəndaşların vergi ödənişi olduğu bildirilir. Lakin ev satışı həyata keçirilmir və sadəcə yaşayış yerləri dəyişdirilirsə, bu zaman vergi öhdəliyi necə olacaq?
|
|
| Vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncam bir neçə banka verildikdə...
Vergi orqanının sərəncamı bir neçə banka verildikdə və banklardan biri həmin sərəncamı ödədiyi halda digər banklara ödənişin birinci bank tərəfindən həyata keçirilməsi barədə sənəd daxil olursa, vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.
Lakin ödəniş bank ilə yox, ƏDV depozit hesabı vasitəsilə ödənilibsə və ödənişin apaılması ilə bağlı sənəd banka daxil olubsa, həmin sənədə əsasən vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və ya maliyyə sanksiyalarının dövılət büdcəsinə alınmasını və ya ödənilməsini təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla belə vəsaitlər üzrə sərəncamın icrasını dayandıra bilərmi?
|
|
| Nizamnamə kapitalına pay qoyuluşu zamanı vergi azadolmaları
Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə müvafiq olaraq idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) vergidən azaddır. Bu azadolmanın proseduru necə həyata keçirilir?
|
|
| Ana müəssisə ilə törəmə müəssisə arasında maliyyə hesablaşmaları
Ana müəssisə törəmə müəssisəyə maliyyə yardımı kimi pul vəsaiti verir. Bu zaman ana müəssisə mənfəət vergisi bəyannaməsində verdiyi maliyyə yardımını öz xərcinə sala bilərmi? Törəmə müəssisənin ana müəssisədən aldığı pul vəsaiti törəmə müəssisənin gəliri sayılırmı və törəmə müəssisənin mənfəət vergisi bəyannaməsində gəlir kimi göstərilməlidirmi?
|
|
| ƏDV əməliyyatları
ƏDV ödəyicisi olan və olmayan şirkətlər arasında ƏDV əməliyyatları necə aparılır?
|
|
| Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisinin hesablanması
Şirkətin konservasiya edilmiş (fəaliyyəti dayandırılmış) əsas vəsaitləri var. Vergi Məcəlləsinə görə onlara amortizasiya hesablanmır. Konservasiya edilmiş əsas vəsaitlərdən əmlak vergisi hesablanacaqmı?
|
|
| Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin birinci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə, həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi?
|
|
| Xırda istehsal fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın vergi öhdəliyi
Fərdi sahibkar xırda istehsal fəaliyyəti ilə məşğuldur və 3 nəfər işçisi var. Bu halda o, sadələşdirilmiş verginin ödəyicisi kimi 2 faiz dərəcə ilə vergi ödəyə bilərmi?
|
|
| VÖEN-in bağlanması
VÖEN-i onlayn qaydada, yəni internet vasitəsilə bağlamaq mümkündürmü? VÖEN-in aktiv olub-olmadığını necə yoxlamaq olar?
|
|
| ƏDV-nin əvəzləşdirilməsi
Müəssisə ƏDV tutulan əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar da aparır. ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği xüsusi çəki metodu, yoxsa tam məbləğdə əvəzləşdirilir?
|
|
| ƏDV ödəməyən müəssisə sertifikatı necə icra etməlidir?
ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə "0" faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda ƏDV hesabatını "0" dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? "0" faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?
|
|
| Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?
Hesablama metodu ilə uçot aparan istehsal müəssisəsi ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib. Hesabat dövrü ərzində istehsal edilən hazır məhsulun yarısı satılıb. İstehsal prosesi ilə bağlı olmayan (yəni inzibati və satışla bağlı) xərclər 50 min manat təşkil edib (əməkhaqqı, icarə, kommunal, nəqliyyat, amortizasiya və sair). Belə olan halda 2018-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi istehsal prosesi ilə bağlı olmayan xərcləri (yəni inzibati və satışla bağlı) tam olaraq əks etdirmək olarmı? Əks halda hansı qaydaya istinad edilməlidir? Həmin bəyannamədə istehsal prosesi ilə bağlı xərcləri də tam əks etdirmək olarmı?
|
|
| Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
Müəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi?
|
|
| Əcnəbilərin gəlirləri vergiyə cəlb olunurmu?
Xarici şirkətlərin Azərbaycandakı filialları respublika ərazisində rezident olan sifarişçi şirkətlər üçün xidmət göstərirlər. Bu xidmətin yerinə yetirilməsi üçün ana şirkət olan qeyri-rezident şirkətin baş ofisi ilə əmək müqaviləsi bağlayaraq işləyən xarici vətəndaşlar Azərbaycana ezam olunurlar. Burada gördükləri işlərə görə baş ofisdən məvacib alır, digər sosial xarakterli xərcləri (mənzil kirayəsi, nəqliyyat, kommunikasiya, yemək xərcləri) Azərbaycandakı filialı tərəfindən ödənilir. Məvaciblər isə sonradan baş ofisin Azərbaycandakı filialının verdiyi hesab-faktura əsasında əvəzi ödənilir. Bu zaman xarici vətəndaşların hansı gəlirləri, hansı qaydada vergiyə, sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır? Xarici vətəndaşların Azərbaycan ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri mülki-hüquqi müqavilələr sırasına aid edilirmi?
|
|

