Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Fiziki şəxs xarici ölkədə keçirilən lotereyaya qatılır. Pul məbləği udur. Bu zaman pul məbləğinin Azərbaycana köçürülməsi zamanı hansı vergiyə cəlb edilir, əlavə olaraq, əgər pul məbləği uduş mənbəyi olan ölkədə vergiyə cəlb olunubsa və həmin ölkə ilə Azərbaycan Respublikası arasında ikiqat vergitutmaya dair saziş varsa vergi tətbiq edilirmi? Əvvəlcədən təşəkkürlər.


Cavab

Bildiririk ki, lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergini tutmağa borcludur.

Bununla belə, bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər və bu baxımdan digər dövlətdə artıq vergiyə cəlb olunmuş gəliri olan şəxsin gəlirləri Azərbaycan Respublikasında da vergiyə cəlb olunduqda həmin şəxs vergi uçotuna duraraq müvafiq dəqiqləşmə apar bilər. Bu məqsədlə konkret dövlətlə bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin müddəalarına əsasən gəlirin vergiyə cəlb olunmalı dövlət müəyyən edilməli, rezident şəxsin vergi uçotuna durduğu vergi orqanına

2018-03-09 | Vergilər | Baxılıb: 1791 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!